Pis hava şəriati ilə bağlı hasilat platformasını dənizə göndərmək olmur
Pis hava şəraiti ilə əlaqədar "Qərbi Çıraq" platformasının üst qurğularını dənizə göndərmək mümkün olmur. Bu barədə Turan müxbirinə ВР-Azerbaijan şirkətində bildiriblər.
Mənbənin sözlərinə görə, platforma ağırdır və onu göndərmək üçün dəniz sakit olmalıdır. Cədvələ əsasən, platformanın üst qurğuları ötən həftə göndərilməli idi. Amma son günlər Bakı və Abşeronda güclü külək olur.
Bu platformanın tikintisinə Chirag Oil Project layihəsi çərçivəsində 2010-cu ilin iyununda başlanılıb.
Platformadan hasilat bu ilin dekabrı üçün planlaşdırılıb. Platformanın layihə gücü sutkada 25 min ton neft və 6,5 mln m3 qazdır.
"Qərbi Çıraq" platforması indiyəcən Xəzərdə qurlan ən böyük qurğu olacaq. Platformanın üst qurğuları 18,5 min ton, dayaq blokları 18,2 min tondur. İLk dəfə belə iri miqyaslı layihə tamamilə Azərbaycanda həyata keçirilib. Baş podratçı ATA (Azfen-Tekfen-Amec) müştərək müəssisəsidir. "Qərbi Çıraq" platformasının tikintisi $4 mlrd-a başa gəlib. --12В--
-
- İqtisadiyyat
- 11 Sentyabr 2013 13:42
-
- İqtisadiyyat
- 11 Sentyabr 2013 15:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz