- İqtisadiyyat
- 3 Aprel 2014, 14:19
- 76
Tarif Şurası: Azərbaycana idxal edilən avro-5 benizini dövlət tərəfindən tənzimlənən mallar siyahısına daxil deyil
Azərbaycan hökumətinin 31 mart 2014-cü il tarixli qərarı ilə ölkəyə idxal edilən 95 və yüksək oktan ədədli, avro-5 standartına uyğun avtomobil benizini dövlət tərəfindən tənzimlənən mallar siyahısına daxil edilmir, deyə Tarif Şurasının məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, 2014-cü ilin fevralında Nazirlər Kabineti ölkyə idxal edilən AI-95 və AI-98 markalı benzinin aksizinin azaldılması və gömrük rüsumunun sıfırlanması barədə qərar qəbul edib.
"Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin ("Premium Avro-95" və "Super Avro-98") nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır", deyə məlumatda bildirilir.
Bundan başqa, qeyd olunur ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.
İndiyə qədər ölkəyə «Premium Euro -95» və «Super Euro-98» markalı benzin gətirilmirdi.
Bu benzinlərə qiyməti idxalçılar müəyyən edir.
* Dövlətstatkoma görə, 2013-cü ildə 179,8 ton və ya 3 sistern Aİ-98 (cəmi 3 min çən, bu isə gündə 8 avtomobil çəni edir) istifadə edilib.
** ARDNŞ-nin 2012-ci il üçün hesabatına əsasən, avtomobil benzini istehsalında Aİ-95-in payı 4,7% olub. —12В--
-
- İqtisadiyyat
- 3 Aprel 2014 13:57
-
- Cəmiyyət
- 3 Aprel 2014 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz