Türkiyəli mütəxəssislər "halal" qida standartlarının tətbiqi ilə bağlı seminar keçirəcəklər
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "halal" qida standartlarının tətbiqi ilə bağlı 17-19 aprel tarixlərində Bakıda seminar keçirəcək. Hələ Azərbaycanda heç bir şirkət bu standart üzrə sertifikata malik deyil. Amma elektron KİV-də guya “halal” prinsipi ilə istehsal edilən məhsullar reklam edilir.
SMPDK mətbuat katibi Fazil Talıbov Turan-a bildirib ki, seminarı bu qurum yanında Təcrübə-Sınaq Mərkəzi (AzTEST) təşkil edib. Təlimlərə Türkiyənin Səlcuq Universitetinin Qida mühəndisliyi bölməsinin ət məhsulları üzrə təcrübəli mütəxəssisi prof. Dok. Mustafa Karakaya dəvət edilib.
2012-ci ildə Azərbaycanda AZS 731- 2012 ( OİCSMİİC1:2011) "Halal qida. Ümumi tələblər" və AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanılması və satışı üzrə ümumi tələblər" dövlət standartları qəbul edilib.
Hazırda ət məhsulları istehsal edən müəssisələrin əksəriyyəti «halal» standartına iddialıdır. Onlardan bir çoxunun müraciəti baxılma mərhələsindədir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz