Valyuta ehtiyatlarının «əriməsi» kapital axını əlamətidir, ekspert
Hökumət cari xərcləri ödəmək üçün 2015-ci ilin 9 ayında Neft Fondunun xaricdə saxlanan ehtiyatlarından $0,9 mlrd xərcləyib.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, bu ildən ölkəni valyuta ehtiyatları təkcə AMB-nin hesablarında yox, ARDNF-də də azalacaq.
Bu ilin oktyabrında AMB-nin valyuta ehtiyatları $180 mln azalıb. Bu, ötən aylardakından xeyli azdır. İl ərzində valyuta bazarı AMB-nin valyuta ehtiyatlarının $8,3 milyardını “əridib”. AMB-nin valyuta ehtiyatlarının azalma tempi ARDNF resurslarının ölkəyə cəlb edilməsi hesabına saxlanıldı. Neft pulları manata konvertasiya olundu və dövlət büdcəsinin öhdəliyinin icrası üçün istifadə edildi. «Əgər hökumət bu addımı atmasaydı, AMB-nin valyuta ehtiyatları $5,9 mlrd-dan çox olmazdı», deyə iqtisadçı bildirir.
Maraqlıdır ki, AMB-nin valyuta ehtiyatları əhalinin bank ehtiyatlarının həcmindən (7,6 mlrd manat) də azdır. Noyabrın əvvəli üçün AMB-nin valyuta ehtiyatları $6 834,6 mln-dır.
İqtisadçılar bildirir ki, ölkədə likvid manat kütləsi yoxdur. Daşınmaz əmlak şəklində böyük resurslar var. Onlar satış və xarici valyutaya dəyişilməklə ölkədən kapital axınına xidmət edir. Ölkənin siyasi riskləri olan əhlükəli tendensiyadır, valyuta bazarı və manatın məzənnəsini təhdid edir, deyə Ağayev düşünür. --08B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz