Xəzər Dəniz Gəmiçiliyinin yardımçı təsərrüfatında islahatlar aparılır
Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mülkiyyətində olan “Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsində islahatlara dair təklifləri Nazirlər Kabinetinə təqdim edib.
Təkliflərə əsasən 1766 ha torpaq sahəsi olan təsərrüfat üç qurum arasında bölünəcək. Kənd Təsərrüfatı Nazirliyi aqropark yaratmaq üçün 966 ha sahə istəyir. Xaçmaz Rayon İcra Hakimiyyətinə torpaq islahatı aparmaq üçün 700 ha sahə veriləcək. Xatırladaq ki, “Dənizçi” yardımçı təsərrüfatının yerləşdiyi Müqtədir qəsəbəsi Azərbaycanda yeganə yaşayış məntəqəsidir ki, burada faktiki olaraq torpaq islahatı həyata keçirilməyib və onun sakinləri əkin paylarından kənarda qalıblar.
Beləliklə, gəmiçiliyin sərəncamında cəmi 100 ha torpaq qalacaq.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Sosial İnkişaf İdarəsindən Turan-a bildirilib ki, indiyədək bütün torpaq sahələrindən istifadə olunmayıb, belə ki, müvafiq meliorasiya işləri tələb olunub. Buğda, yonca və kənd təsərrüfatı bitkiləri yalnız 1100 ha sahədə əkilib. Burada 100 işçi var, lakin faktiki olaraq onlardan 20-i çalışır. Yardımçı təsərrüfatın heyvandarlıq ferması da var ki, onun da ləğvi planlaşdıırlır.
Gəmiçikdə qeyd ediblər ki, əvvəllər yardımçı təsərrüfatın bir hissəsi Müqtədir qəsəbə sakinləri tərəfindən zəbt edilib, orada fərdi evlər tikilib.08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz