Dolların məzənnəsi dəyişməyib, avro bir qədər ucuzlaşıb
Bakı/23.08.17/Turan: Azərbaycan Mərkəzi Bankı avqustun 24-nə dolların məzənnəsini dəyişdirməyib, 1,7009 manat səviyyəsində saxlayıb. Kommersiya bankları dolları 1,66-1,6960 manata alır, 1,6980-1,71 manata satır. Avronun məzənnəsi 2,0081 manatdan 2,0003 manata düşüb. Kommersiya banklarından Avropa valyutasını 2,0070-2,02 manata almaq, 1,9503-2,00 manata satmaq olar. -71D-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz