
Açiq mənbələrdən foto.
“Açıq dünya” əcnəbiləri rus dili kurslarına dəvət edir
Bakı/22.11.22/Turan: Noyabrın 15-dən “Açıq dünya” xarici dillər klubu rus dilini öyrənən əcnəbi vətəndaşları B1-C2 dil səviyyəsinə malik dinləyicilər üçün pulsuz onlayn kurslara dəvət edir.
Təşəbbüs çərçivəsində rus dilində işgüzar və rəsmi ünsiyyət üçün ümumi və xüsusi kompetensiyaların inkişafına yönəlmiş 10 kurs keçiriləcək.
Kurslar rus dilində bilik səviyyəsini artırmaq istəyən yetkin dinləyicilər üçün nəzərdə tutulub.
Layihə çərçivəsində ilin sonunadək 10 onlayn- kurs keçiriləcək, sonunda tələbələr dövlət nümunəli diplom alacaqlar:
Kursların tam proqramı və qeydiyyatı üçün:https://soho-russian.com/
Kurslara qeydiyyat dekabrın 1-dək davam edir. Layihə Rusiya Federasiyası Təhsil Nazirliyinin qrant dəstəyilə həyata keçirilir. 0
-
- Maliyyə
- 22 Noyabr 2022 14:10
Mədəniyyət
-
11 fevralda Bakıda yerləşən Ritual Teatr və Yaradıcılıq Laboratoriyasında “Bakının Əriyən Qar Hekayələri” adlı güclü sənədli teatr tamaşası nümayiş etdirildi. Bu tamaşa, məkan əsaslı teatr üzrə keçirilən bir işgüzar məşğələni yekunlaşdırır. Məşğələdə müxtəlif yaş qruplarından 15 sənətçi iştirak edib, hamısı hekayə anlatımının transformativ gücünü istifadə edərək iqlim dəyişikliyini araşdırmağa çalışıb. Tədbir, Böyük Britaniyalı rejissor Sebastian Harcombe (SECRET/HEART Theatre Company) və Ritual Teatrın rəhbəri Aynur Zərrintac tərəfindən idarə edilib və Britaniya Şurası tərəfindən dəstəklənib.
-
Nizami Kino Mərkəzində Elməddin Alıyevin "Qayıdış" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. Film Qarabağ münaqişəsindən sonra doğma yurdlarına qayıdan bir arıçı ailəsinin hekayəsini izləyicilərə göstərir.
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
Rəy yaz