Azərbaycan Kinematoqrafçılar İttifaqı öz laureatlarının adlarını açıqlayıb
Bakı/01.08.18/Turan: Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi İttifaqın illik kino mükafatının qaliblərinin adlarını açıqlayıb.
Turan-a daxil olan məlumatda deyilir ki, bu ilin qalibləri xalq artisti Anar (Azərbaycan mədəniyyəti və kinematoqrafiyası qarşısındakı xidmətlərinə görə);
Bəstəkar Rauf Əliyev (ölümündən sonra - rejissor M.Ağazadənin "Eviniz abad" filminin musiqisinə görə);
Ramiz Abutalıbovdur (Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin kino-sənədlərdə işıqlandırılmasındakı xidmətlərinə görə).
Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatında məqsəd milli kinonun müsbət tendensiyalarını göstərməkdir.
Bundan öncəki qaliblər Fuad Poladov, Fikrət Əliyev, Firəngiz Qurbanova, Nizami Abbas, Yuri Varnovski, Fəxrəddin Manafov və Mehriban Zəkidir.
İttifaqın katibliyu ötən il filmlərin az olduğunu təəssüflə qeyd edib. Kinonun inkişafı üzrə Dövlət Proqramının icra edilməməsi xüsusi narahatlıq doğurur. Bu il proqramın reallaşması ilə bağlı sonuncu ildir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı ölkə kinematoqrafiyasının çətin vəziyyətdən çıxarılması üçün təcili tədbirlərin görüləcəyinə ümid edir.
Xatırladaq ki, bir neçə il öncə Kinematoqrafçılar İttifaqında parçalanma baş verib. Hakimiyyət İttifaqın rəhbəri Rüstəm İbrahimbəyovu iqtisadi cinayətlərdə ittiham edərək ona qarşı cinayət işi başladıb. Bundan sonra Kinematoqrafçılar İttifaqına təzyiqlər başlayıb və qurum yerləşdiyi Hökumət Evinin binasından çıxarılıb.
Sonra hakimiyyət alternativ Kinematoqrafçılar İttifaqı yaradıb. İttifaqın üzvləri R. İbrahimbəyovu kinematoqrafı "siyasiləşdirməkə" ittiham edərək ondan üz çeviriblər.
Hakimiyyətlə R.İbrahimbəyov arasında münaqişəsinin əsas səbəbi onun müxalifətyönlü olması, müxafətin vahid namizədi və İlham Əliyevə rəqib kimi prezident seçkilərində iştirak etmək istəməsi olub. -02D-
-
- Cəmiyyət
- 1 Avqust 2018 14:14
Mədəniyyət
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
Rəy yaz