
Bakı/01.08.18/Turan: Sinoptiklər yaxın iki gün ərzində havanın küləkli olması ilə əlaqədar əhaliyə Abşeron çimərliklərində ehtiyatlı olmaq xəbərdarlığı edir.
Belə ki, avqustun 2-4-də Bakıda və Abşeronda güclü şimal-qərb küləyi gözlənilir, havanın temperaturu +25 +27 dərəcə, gündüz +29 +34 dərəcə təşkil edəcək.
Abşeronun şimal sahilində çimərliklərdə dəniz suyunun temperaturu +26 +27 dərəcə, cənub hissəsində +27 +28 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında havanın temperaturu +33 +38 dərəcəyə qədər isinəcək.
Dağlarda +22 +27 dərəcə isti olacağı gözlənilir. -06D-
Rəy yaz