president.az
AŞPA rəhbəri Əliyevlə insan hüquqları sahəsində vəziyyəti müzakirə edib
Bakı/12.09.19/Turan: Cümə axşamı prezident İlham Əliyev Bakıda rəsmi səfərdə olan AŞPA rəhbəri Lilian Mori Paskieni qəbul edib.
Dövlət başçısının saytında yer alan məlumata görə, söhbət zamanı Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin Azərbaycan və AŞ arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.
Həmçinin, bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyi çərçivəsində keçirilən tədbirlərin önəmi vurğulanıb.
Tərəflər Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edilib, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunulub. Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər də müzakirə edilib.
Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. -06D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz