Hikmət Hacıyev
Ermənistanda hərbi təlimləronun təcavüzkar mahiyyətinin təsdiqidir - Azərbaycan XİN
Bakı/13.09.18/Turan: Ermənistanda keçirilən "Şant-2018" hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu barədə bu gün Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarqisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur, deyə Hacıyev qeyd edib.
Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır.
"Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və "müharibə oyunları" kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür", deyə Hacıyev fikrini tamamlayıb. -06D-
-
- İqtisadiyyat
- 13 Sentyabr 2018 14:39
-
- Siyasət
- 13 Sentyabr 2018 15:04
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” təyyarəsinin heyət üzvlərini fövqəladə enmə zamanı göstərdikləri yüksək peşəkarlıq və şücaətə görə təltif etmək haqqında sərəncam imzalayıb.
-
Dekabrın 29-da “Kanal 13” İnternet Televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminov istintaq orqanı tərfəindən sərbəst buraxılıb.
-
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə Azərbaycanın baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub. İstintaq Komitəsinin yaydığı məlumatda deyilir ki, tərəflər “Azərbaycan Hava Yolları”nin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını müzakirə ediblər.
-
29 dekabr tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında, 25 dekabr faciəsində həyatını itirmiş Azərbaycan Hava Yollarına məxsus Embraer 190 sərnişin təyyarəsinin heyət üzvləri ilə vida mərasimi keçirilir. Faciənin qurbanlarına ehtiram göstərmək üçün ailələr, rəsmilər və ictimaiyyət nümayəndələri bir araya gəlib.
Признают ли в России обстрел самолета AZAL? - беседа с Аркадием Дубновым
Xəbər lenti
-
- Siyasət,
- 14:23
- 464
Rəy yaz