İlham Əliyev: Azərbaycan ərazisi 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib
İlham Əliyev: Azərbaycan ərazisi 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib
Mayın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.
Konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.
Mayın 31-dək davam edəcək beynəlxalq konfransın mövzusu "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması"dır. Konfransın birinci günü azad edilmiş Zəngilan şəhərində, ikinci günü isə Bakı şəhərində olacaq.
Konfransda Azərbaycandakı mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələr aparılır.
Konfrans mina partlayışı nəticəsində zərər çəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb.
Prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına müraciətində deyilir ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin təxminən 12 faizi, ilkin qiymətləndirmələrə görə, 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.
"Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir", deyə dövlət başçısı qeyd edib.
Əliyevin sözlərinə görə, münaqişənin başa çatdığı 2020-ci ildən 2023-cü ilə qədər Azərbaycanda uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb.
"Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür", deyə o qeyd edib.
Prezident bildirib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu günə qədər 140 min hektara yaxın sahədə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizləyib.
"Lakin minalanmış ərazilər bundan daha genişdir".
Əliyevin sözlərinə görə, hazırda Azərbaycan BMT ilə birlikdə mina fəaliyyətinin tədrisi üçün "Mükəmməllik Mərkəzi"nin yaradılması istiqamətində iş aparır.
"Konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət sənədi imzalanacaqdır", deyə o qeyd edib.
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz