![İlham Əliyev: �Xarici qüvvələr Azərbaycanı avantüraya çəkə bilməzlər�](https://turan.az/resized/media/2018/main/091400013200-750-500-resize.webp)
İlham Əliyev: �Xarici qüvvələr Azərbaycanı avantüraya çəkə bilməzlər�
Bakı/14.09.18/Turan: Dünyada Azərbaycana təsir göstərməyə çalışan xarici qüvvələr az deyil. Lakin siyasi iradə və iqtisadi potensial Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəkməyə imkan vermir. Dövlət başçısının saytının məlumatına görə, bu barədə prezident İlham Əliyev Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində bildirib.
Söhbətin məhz hansı xarici qüvvələrdən getdiyini dəqiqləşdirməyən dövlət başçısı qeyd edib ki, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır.
Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələri var.
"Bizim gələcəyimizlə bağlı heç bir narahatlıq yoxdur", - İ.Əliyev qeyd edib.-02D-
-
- Cəmiyyət
- 14 Sentyabr 2018 17:02
-
- Bazarların icmalı
- 14 Sentyabr 2018 17:44
Siyasət
-
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Bakıdakı "Rus evi"nin ünvanına ittihamları "absurd" adlandırıb. Fevralın 6-da brifinqdə o deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.
-
Fevralın 6-da hakim Faiq Qəniyevin sədrliyilə Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə (böhtan) təqsirli bilərək 1500 manat cərimə edən Nəsimi Rayon Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.
-
Fevralın 6-da Azərbaycan və Avropa İttifaqı arasında readmissiya haqqında saziş çərçivəsində Almaniyadan 45 nəfər Azərbaycan vətəndaşı readmissiya edilib. Bu barədə fevralın 7-də Azərbaycan Dövlət Miqrasiya Xidməti bildirib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
Rəy yaz