N.Məmmədov Acwa Power-in nümayəndə heyətini qəbul edib
Bakı/31.08.19/Turan: Avqustun 30-da baş nazir Novruz Məmmədov Səudiyyə Ərəbistanının Acwa Power şirkətinin nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, Acwa Power şirkətinin idarə heyətinin sədri Məhəmməd Əbunayan bərpa olunan enerji mənbələri və su layihələri sahəsində ixtisaslaşan şirkətin fəaliyyəti haqqında məlumat verib.
O, həmçinin bildirib ki, bu il martın 17-də Azərbaycan Energetika Nazirliyi və Acwa Power arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Öz növbəsində, Novruz Məmmədov qeyd edib ki, alternativ enerjinin inkişafı ölkə üçün prioritet istiqamətlərdən biridir və Azərbaycan elektrik enerjisi istehsalı sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıqda maraqlıdır.
http://www.ibcentre.tech -in məlumatına görə, bu ilin iyununda ACWA Power bərpa olunan enerji sahəsində törəmə şirkəti olan ACWA Power Renewable Energy Holding Ltd.-nin səhmlərinin 49%-ni Çinin "İpək Yolu" Dövlət Fonduna satıb.
Şirkət Yaxın Şərq və Afrikada ümumi gücü 1668 MVt təşkil edən müxtəlif layihələrin səhmdarıdır. Bu, həm fotoelektrik stansiyaları, həm günəş enerjisi hasil edən stansiyalar, həm külək aktivləridir.
"İpək Yolu" Fondu Çindən Asiya vasitəsilə Cənubi Avropa və Afrikaya gedən tarixi ipək yolu boyunca infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş investisiyalara görə məsul olan dövlət təşkilatıdır.-02D-
-
- Cəmiyyət
- 31 Avqust 2019 11:26
-
- Bazarların icmalı
- 31 Avqust 2019 12:03
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz