- Söz istəyirəm
- 13 Avqust 2013, 13:10
- 221
Akif Muradverdiyev heç bir şeyi etiraf etməyib
haqqin.az saytında yerləşdirilmiş “İlham Əliyevə qarşı qəsdin üstü açılıb” adlı məqalədə müdafiə etdiyim Akif Muradverdiyevlə bağlı həqiqətəuyğun olmayan bəzi fikirlər var.
Bu informasiya, daha dəqiq desək, dezinformasiya anonim vəkillərə istinadən yayılıb. Guya həmin məlumatları məndən, vəkil Fuad Ağayevdən alıblar.
Deməliyəm ki, A.Muradverdiyev bu il iyunun 20-də Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən saxlanılıb. Qanuna zidd olaraq onun üzərində axtarış aparıldıqdan və əl yükünə baxışdan sonra Akif müəllim Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinə aparılıb. Orada ona qarşı “40 ədəd Rusiya qızıl pul qaçaqmalçılığına” görə Azərbaycan Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə cinayət işi qaldırılıb.
A.Muradverdiyev nə o zaman, nə də sonra özünü təqsirkar saymayıb. Bundan əlavə, əvvəldən də bu ittihamı rədd edib. Kütləvi iğtişaşların təşkili və ya başqa hərəkətlərə bağlı ona qarşı heç bir ittiham irəli sürülməyib və onlarla bağlı dindirilməyib.
-
- Cəmiyyət
- 13 Avqust 2013 12:10
-
- İqtisadiyyat
- 13 Avqust 2013 13:35
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz