- Söz istəyirəm
- 8 Mart 2018, 19:14
- 125
Bu gün ölkəmiz son illərdə...
Bu gün ölkəmiz son illərdə mərdlik, dəyanət simvoluna çevrilmiş bir xanımı itirdi. Elmira xanım İsmayılovanı çoxumuz məhz Xədicə İsmayılın anası kimi tanıdıq. Söz yox ki, Xədicə İsmayıl kimi cəsarətli, mübariz bir övlad yetişdirdiyi, sonuna qədər onun arxasında durduğu üçün bu ana hər cür hörmətə layiq idi. Ancaq biz Elmira xanımı tanıdıqca onun özünün necə böyük şəxsiyyət olduğunu, Xədicə xanımın da belə cəsur və ləyaqətli şəxsiyyət kimi yetişməsində böyük rol oynadığını gördük.
Elmira xanım Türkiyədə müalicə olunurdu. Xəstəliyi ağır idi, həyatına real təhlükə olduğu bilinirdi. Buna baxmayaraq qəddar və kinlilər hakimiyyəti Xədicə xanımın ölkədən çıxışına icazə vermədilər ki, heç olmasa, son günlərində anasının yanında olsun. "Mənə görə bu hökumətə ağız açma ha" deyən Elmira xanım bu gün səhər müalicə olunduğu Türkiyədə, qızından minlərlə kilometr uzaqda dünyasını dəyişib. Allah Elmira xanıma rəhmət eləsin! Allah Xədicə xanıma və Elmira xanımın digər əzizlərinə səbr, güc-qüvvət versin.
Emira xanım ən ağır sınaqlar qarşısında belə övladının arxasında sonuna qədər mərdliklə dayandığına, son nəfəsində də namərdlərdən aman diləmədiyinə görə Azərbaycanın demokratiya tarixinə adını şərəflə yazdı. Qəti əminəm ki, gələcək nəsillər də bu ananı hər zaman hörmətlə, rəhmətlə, bu anaya ömrünün sonuna qədər acılar, həsrətlər yaşatmış namərdləri də lənətlə anacaq!
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz