- Söz istəyirəm
- 14 May 2016, 11:58
- 101
Cəmil Həsənli: Daha iki gənc saxta ittihamla həbs edildi
Dostlar! Daha iki gənc saxta ittihamla həbs edildi. N!DA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovla siyasi fəal Qiyasəddin İbrahim haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Hər ikisini tanıyıram, istedadlı, vətənpərvər, intellektli gənclərdir. Mayın 10-da Bakıda, Mərkəzi Bankın qarşısındakı Heydər Əliyevin heykəlinin üzərinə Gül bayramına etiraz şüarı yazdıqları üçün həbs olunublar. Sonra isə günahları “milli maddə” kimi töfsif olunan narkotikaya transfer edilib. Daxili işlər nazirliyinin məlumatına görə Nəsimi rayonu ərazisində saxlanılan Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilib. Təxminən bir o qədər narkotika da Bayram Məmmədovdan müsadirə edilib. Açığı DİN bir az israfçılığa yol verib. Bu qədər heroinə bütün N!DA üzvlərini həbs edə bilərdilər. İşin mənəvi tərəfi daha rüsvayçıdır. Polis orqanları adamlardan qurtarıb indi də heykəlləri narkotikaya bulaşdırmağa başlayıb.
Cəmil Həsənli
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz