- Söz istəyirəm
- 22 May 2017, 21:49
- 107
Dostlar! Qəribə təzadlar dövründə yaşayırıq
Dostlar! Qəribə təzadlar dövründə yaşayırıq. XXI əsrin də öz möcüzələri var. Bir neçə həftədir Şanxay Universitetindəyəm. Sosial şəbəkələrə müəyyən məhdudiyyətlər qoyulsa da, kommunist ölkəsi olan Çin Xalq Respublikasından Azərbaycan istisna olmaqla istənilən Avropa, Amerika, Asiya və Afrika ölkəsi ilə WhatsApp, Viber, Messenger və bunların özlərinə məxsus olan WeChat proqramlarından istifadə etməklə çox rahat audio və video əlaqələri qurmaq, azad xəbərləşmə sistemindən yararlanmaq mümkündür. Kommunist Çindən fərqli olaraq Avropa Şurasının, ATƏT-in üzvü olan, ölkə əhalisinin azad informasiya almaq və komunikasiya sistemindən istifadəsini təmin etmək barədə həm konstitusyon, həm də beynəlxalq öhdəliyi olan Azərbaycan isə internetə dayanan bu xəbərləşmə sistemini ölkə ərazisində qadağan edib. Deməli bizim ölkə nəinki kommunist qapalılığı dövrünə, hətta ondan əvvəlki feodal xəbərləşmə qaydalarına transfer edir. Gərək Dədə Qorqud dövründə məlumatın xarakterinə uyğun təpələrdə yandırılan tonqallar vasitəsi ilə əhali mühüm məsələlər barədə xəbər tutsun.
-
- Cəmiyyət
- 22 May 2017 18:50
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz