- Söz istəyirəm
- 11 May 2018, 14:44
- 101
Ermənistanın yeni baş naziri Nikol Pashinyan
Ermənistanın yeni baş naziri Nikol Pashinyanın Dağlıq Qarabağa səfəri barədə dünən yayılan məlumatların ardınca bu gün səhərdən dezinformasiya xarakterli xəbərlər yayıldı. Guya Şuşada keçirdiyi mətbuat konfransı zamanı "Azərbaycan dövləti qorxaqdır" kimi bəyanat verib. Əslində isə belə bir bəyanat olmayıb. Çünki nə ermənidilli, nə ingilisdilli, nə də rusdilli mediada buna bənzər məlumatlar yoxdur. Son 3 saat ərzində bu açıqlama ilə bağlı müxtəlif media orqanlarında oxuduğum məlumatlarda buna bənzər açıqlama qətiyyən yoxdur. Bəs bu cür dezinformasiya necə yayılır? Hətta iş o yerə çatır ki, xarici işlər nazirinin müavini Xələf Xələfov "açıqlamaya" münasibət bildirir. Bununla bağlı bəzi qeydlərimi paylaşım.
Şübhəsiz ki, Şuşaya Ermənistan rəhbərliyinin səfərləri bizim tərəfimizdən xüsusi həssaslıqla qarşılanır. Bunun bizə bəlli müxtəlif səbəbləri var. Amma həm bizə, həm ermənilərə, həm də dünyanın ciddi siyasi çevrələrinə bəlli bir gerçəklik var - Şuşa işğal olunan tarixədək Dağlıq Qarabağda azərbaycanlıların sıx məskunlaşıdğı və erməni icmasından sayca çox olduğu tarixi inzibati ərazi mərkəzidir. Amma görünən budur ki, bizim üçün həssas olan məsələdən sui-istifadə edənlər var.
Bu cür saxta və dezinformativ məlumatlar yolverilməzdir. Darixi siyasi müzakirələr üçün olduqca təhlükəlidir. Bu cür halların qarşısının alınması üçün ən yaxşısı həm XİN-də, həm də informasiya agentliklərində erməni dilini bilən ekspertlərin xidmətlərindən istifadə olunmasıdır.
-
- Enerji
- 11 May 2018 14:23
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz