Sadələşdirilmiş korrupsiyaya uğramış inşaat

AR Nazirlər Kabinetinin sədri cənab Artur Rasi-zadəyə

AR Baş Prokuroru cənab Zakir Qaralova

 

Hörmətli cənablar,

Fərdi mənzil inşaatı üçün icazə sisteminin sadələşdirilməsi sahəsindəki araşdırmalarım göstərdi ki, Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti orqanları AR Şəhərsalma Məcəlləsinin 69.4-cü (binanın divarı və hasar arasında yol verilən ara məsafəsi)  və Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ının bir mərtəbənin sahəsinin torpaq sahəsinin ərazisinin 20%-dən artıq olmasının yolverilməz olduğu haqqında 4.13-cü bəndindən istifadə edir.

Bu dəlillər 12 və 17 dekabr 2015-ci il tarixdə dərc olunan  məqalələrdə öz əksini tapmışdır:

http://contact.az/docs/2015/Social/121700140579az.htm#.VrSVr7KLQdU

google.map-ın köməyi ilə çəkilmiş fotoşəkillərdə yaxşı görünür ki, pozuntular şəhərin bütün rayonlarında kütləvi xarakter daşıyır. Bundan belə çıxır ki, ya icra hakimiyyətləri vəziyyətə nəzarət etmir, ya da tamah məqsədilə gizli icazə verir. Beləliklə, Məcəllənin müvafiq maddəsinin və Qaydaların bəndinin işləmədiyi və şəhərsalma sahəsində ciddi problemlər və korrupsiya üçün şərait yaratdığı göz önündədir.

Buna görə mən sözügedən maddənin və bəndin etibarlılığını dayandırmağı, ya da onlardan istisnasız olaraq mütləq şəkildə istifadə etməyi təklif edirəm.

Bu məsələ ilə bağlı AR Prezidenti canab İlham Əliyevə müraciət etdim və AR Prezident Administrasiyasının Qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyevdən cavab aldım ki, gələcədə Şəhərsalma Məcəlləsinə dəyişikliklər edilərkən təkliflər nəzərə alınacaq. Amma hesab edirəm ki, işi gecikdirmək olmaz və icra hakimiyyətinin süründürməçiliyinə son qoyulmalıdır, belə ki, onlar hər gün qanunvericilik pozuntularının yeni pretendentlərini yaradır.

İkinci sual. Bakı şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov və Pirallahı rayon icra hakimiyyətinin rəhbəri Vasif İmanov AR Şəhərsalma və Tikinti Məcəlləsini pozaraq, özbaşına Pirallahı rayonunda 750 ha ərazini mənimsəmək istəyiblər Bu fakt fərdi inşaat zamanı “məlumatlandırma icraatı” probleminin araşdırılması zamanı ortaya çıxıb. Nazirlər Kabinetinin aparat rəhbəri Ağabala Hacıyevin adına 6 noyabr 2015-ci il tarixində Vasif İmanov bildirir ki, Pirallahı qəsəbəsinin baş və ətraflı planı tərtib edilib. Eyni zamanda Pirallahı rayonunun gələcək inkişafı planına uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 noyabr 2014-cü il tarixli 559 nömrəli qərarı ilə Gürgan inzibati ərazisində 750 ha ərazi ayrılıb, burada layihələndirmə işləri həyata keçirilir. Pirallahı icra hakimiyyətindən Turan İA-nə verilən məlumata görə, bu məqsədlə Pirallahı MMC şirkəti yaradılıb.

İH başçısının müavini Vasif Səfirxanov Turan İA-nə ünvanlanan  məktubunda bildirib ki, Məcəllənin 24.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin bu məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi haqqında 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.4-cü bəndinə, bununla bağlı 29 iyun 2012-ci il tarixli 392-IVQ nömrəli hüquqi tənzimləməyə əsasən, ümumi və baş planlarla bağlı ərazi planlaşdırılmasının sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, müfəssəl planların sifarişçisi isə yerli icra hakimiyyəti orqanlarıdır”.

Amma qeyd etmək lazımdır ki, müfəssəl planlar da ümumi və baş planlar əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq hazırlanır ki, buna əməl olunmayıb. Turan İA-yi DŞAK-dan cavab alıb. DŞAK sədr müavini Dövlətxan Dövlətxanov Turan İA-nin  adına 25 noyabr 2015-ci il tarixli məktubunda 750 ha torpaq sahəsinin yaşayış massivi tikintisi üçün ayrılması və Pirallahı üzrə baş və müfəssəl planın mövcudluğu haqqında informasiya sorğusuna cavab olaraq,  bildirib:

1. Komitəyə Pirallahı qəsəbəsinin baş və müfəssəl planı təqdim edilməyib.

2. Komitəyə Gürgan inzibati ərazisində Bakı şəhər İcra Hakimiyyəti və Pirallahı rayon icra hakimiyyəti tərəfindən yeni yaşayış massivinin tikintisi haqqında müraciət olunmayıb.

3. AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, Baş Plan DŞAK-ın sifarişi əsasında hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

4. Yaşayış massivinin tikintisi üçün torpaq sahəsi ayrılması təsdiq edilmiş ərazi planlaşdırılması sənədləri (baş plan, müfəssəl plan) əsasında həyata keçirilir.

Faktiki olaraq, Bakı şəhər İcra Hakimiyyəti və Pirallahı rayon İcra Hakimiyyəti əlbir olaraq torpaq sahəsini ələ keçirib. AR Prezidenti İlham Əliyev 2015-ci il noyabrın 23-də “Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 30 sentyabr 2015-ci il tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Bu dəyişikliklər şəxslərin torpaq sahəsini özbaşına ələ keçirməsinə, dövlət mülkiyyətində olan torpaq sahələri üzrə vəzifə səlahiyyətlərindən istifadə ilə qanunsuz qərar qəbul edilməsinə görə 10 min manata qədər cərimə və səkkiz ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur.

Bununla əlaqədar olaraq, sizdən Bakı şəhər və Pirallahı rayon icra başçılarının, bu cür hallar mövcuddursa, digər rayonların da icra başçılarının qanunsuz əməllərinin qarşısının alınması üçün bütün tədbirləri görməyinizi xahiş edirəm.

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti