Açıq mənbələrdən foto
1. Rusiya tərəfindən fəthin ərəfəsində
Əgər sual versək, bəşəriyyətin inkişaf tarixində hansı mədəniyyət növü əsas amil olub və olaraq qalır? Şübhəsiz ki, müharibə mədəniyyətini etiraf etmək lazımdır. Qədim zamanlardan çoxsaylı müharibələrlə zəngin olan Azərbaycan tarixi söylənilən fikrin daha parlaq təsdiqidir.
Rusiyanın hücumundən öncə son iki əsr İrandan asılı olmayaraq müstəqil inkişaf edən Azərbaycan xanlıqları öz aralarında çoxsaylı müharibələr aparırdılar. Bu müharibələr hegemonluğun bərqərarına və vahid dövlətin yaradılmasına yönəlmişdi. XIX əsrin əvvəllərində Rusiya Cənubi Qafqazın fəthinə cəhdləri aktiv şəkildə davam etdirirdi. 1803-cü ilin yazında rus qoşunları Car-Balakəni işğal etdilər, ilin sonunda isə Gəncənin mühasirəsinə başladılar. 1804-cü il yanvarın 2-dın 3-nə keçən gecə şəhəri aldılar. Döyüşlər zamanı qala divarları arasında Gəncə hökmdarı Cavad xan və onun oğlu öldürüldü. Təəssüflə qeyd edək ki, qalaya hücumda Cavad xana düşmən münasibət bəsləyən digər xanlıqların 700-ə yaxın döyüşçüsü də iştirak edirdi. Şimaldan Araz çayına qədər mərhələli şəkildə Rusiyanın hakimiyyəti altına düşən (1805 - 1828-ci illər) Azərbaycan xanlıqlarının sonrakı taleyi yaxşı məlumdur.
Tətbiq edilmiş komendant idarə sistemi o qədər sərt idi ki, 30-40-cı illərdə işğal edilmiş ərazilərdə fasiləsiz üsyanlar baş verirdi.
2.Çar Rusiyası
Çar Rusiyasında müsəlman əhalinin hərbi mükəlləfiyyəti olmayıb, müəyyən edilmiş vergini ödəyirdilər ki, bu da sonralar etniklərarası toqquşmalarda mənfi rol oynayıb. Lakin zabit korpusunda müsəlman zadəganlarının nümayəndləri az deyildi.
Nöqsansız hərbi xidmətə görə 19 azərbaycanlı Müqəddəs Georgi ordeni ilə təltif edilmişdi, üçüncü dərəcəli Müqəddəs Geogi ordeninə layiq görülən üç müsəlmandan ikisi azərbaycanlı idi - general-leytenant S.Mehmandarov və general-adyutant C.Naxçıvanski.
1902-1903-cü illərdə zabit heyəti aşağıdakı kimi olub (% ilə):
Rütbə | Katoliklər | Protestantlar | Müsəlmanlar | Ermənilər | Pravoslavlar | O cümlədən gürcülər |
Piyada ordusukapitanı | 12,9 | 4,2 | 0,9 | 1,1 | 80,9 | 1,5 |
Polkovniklər | 6,1 | 8 | 1 | ,05 | 84,4 | 0,6 |
Generallar | 3,8 | 10,4 | 0,6 | 0,4 | 84,8 | 0,3 |
O cümlədən: | ||||||
General-mayorlar | 3,1 | 8,9 | 0,7 | 0,3 | 87 | ? |
General-leytenantlar | 4,4 | 12 | 0,2 | 0,2 | 83 | ? |
Tam leytenantlar | 2,3 | 16 | - | 0,7 | 81 | 1,5 |
Diqqəti ona yönəldək ki, əhali sayının az olmasına baxmayaraq, erməni zabitlər Rusiyanın çoxsaylı müsəlman xalqlarının hərbçilərindən üstünlük təşkil edirdilər.
3. AXC
1917-ci ilin sonunda Tbiisidə Zaqafqaziya komissarlığı Qafqaz cəbhəsində döyüşmək üçün milli korpusların formalaşdırılmasına başladı. İki piyada diviziyasından ibarət müsəlman korpusuna çar ordusunun genaral-leytenantı Ə.Şıxlinski komandanlıq etdi, zabitlərin 65%-i ruslar idi, praktiki olaraq sıravi heyət yox idi, silah və hərbi sursat qıtlığı müşahidə olunurdu. 1918-ci il iyunun 4-də Batumidə Türkiyə və AXC arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. IV maddəyə əsasən Osmanlı hökuməti "zərurət yarandığı halda hərbi güc ilə yardım göstərmək" barədə öhdəlik götürdü; bunun əvəzində AXC Osmanlı imperiyası ilə müharibə vəziyyətində olan dövlətlərin zabit və məmurlarını ölkə ərazisindən çıxarmaq barədə öhdəlik götürdü ki, bu da ilk növbədə rus zabitlərinə aid idi. Nəticədə əlahiddə Azərbaycan korpusu böyük zabit heyətindən məhrum oldu. 1918-ci ilin iyulunda Türkiyə komandanlığı tərəfindən yenidən formalaşdırıldı və Nuru paşanın Qafqaz İslam Ordusuna daxil oldu. Ordu 7 min azərbaycanlı və digər Qafqaz hissələrindən və 5 min Osmanlı nizami qoşunlarından ibarət idi.
1918-ci il mayın sonlarında ADR-in Silahlı Qüvvələri natamam heyətli iki süvarı alayı, iki atıcı rotası (600 süngü), qismən türk hərbi əsirlərindən və 250 zabitdən ibarət idi. Silahlanmada 76 mm. çaplı altı dağ və dörd çaplı səhra batareyası vardı.
Türklərin gedişindən sonra noyabrın 1-də hökumətin sədri F.Xoyski və onun müavini artilleriya generalı S.Mehmandarovun (dekabrın 25-də hərbi nazir oldu; müavin general-leytenant Ə.Şıxlinski oldu) rəhbərlik etdiyi Hərbi Nazirlik təsis edildi. Onların rəhbəriyi ilə bütün ölkə boyunca hərbu quruculuq, o cümlədən aviadəstələrin formalaşdırılmasına (14 sentyabr Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradılması günüdür) başlanıldı. Azərbaycan ordusunun böyük hissəsinin Qarabağda vuruşduğu vaxtda Qızıl ordu Azərbaycana girdi. Kədərli statistika: işğala qarşı döyüşən 30 min əsgərdən 20 mini həlak oldu, 21 generaldan 15-i edam edildi.
4.Sovet dövrü
İnqilab Komitəsi 1920-ci il aprelin 28-də Azərbaycanın Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarlığını yaratdı. 1922-ci il dekabrın 2-də Xalq Komissarlığı ZSFSR Hərbi-Dəniz Xalq Komissarlığının tərkib hissəsi kimi Hərbi Komissarlığa çevrildi.
Böyük Vətən Müharibəsi başladıqdan sonra Azərbaycan SSR-də 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 15 diviziya yaradıldı. 3,4 mln. əhalisi olan Azərbaycan SSRİ-dən cəbhəyə (1941-ci il) 681 min nəfər (o cümlədən 10 min qadın) çağırıldı. Onlardan 300 mini həlak oldu. Müharibə başa çatdıqqan sonra bütün milli hərbi birləşmələr ləğv edilərək vahid sovet ordusunda birləşdi.
Azərbaycan Respublikası
Hələ müstəqillikdən öncə Azərbaycan etnik münaqişəyə məruz qalmışdı ki, bu da çoxsaylı qaçqınlara, məcburi köçkünlərə və ərazilərin mühüm hissəsinin işğalına səbəb olmuşdu. Vətəndaş müharibəsinin kandarında olan anarxiyaya bürünmüş və hazırlıqlı ordusu olmayan Azərbaycan Rusiyanın dəstəyi və birbaşa yardımı ilə hərəkət edən yaxşı hazırlıqlı və silahlı terrorçu qruplaşmalara qarşı müqavimət göstərmək iqtidarında deyildi.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Ali Şurası 1991-ci il oktyabrın 9-da Silahlı Qüvvələr haqqında qanun qəbul etdi. Qanuna əsasən 3 ay ərzində Milli Ordu formalaşdırılmalıydı. 1992-i ilin yayında desant qoşunları yaradıldı və Xəzər donanmasının bölünməsi başa çatdı. Hakimiyyət dəyişikliyi, özünümüdafiə dəstələrinin buraxılması, daxili münaqişə Dağlıq Qarabağ ətrafında rayonların işğalına səbəb oldu. Atəşkəsin imzalanması yeni ordu quruculuğuna başlanmasına imkan verdi.
2002-ci ildən başlayaraq Azərbaycan silah idxalını 164% artıraraq alınmış silahların həcminə görə dünyanın 100-dən çox dövləti arasında 38-ci yeri tutdu. 2007-2011-ci illərdə Azərbaycana satılan silahlarn 55%-i Rusiya istehsalı idi.
2016-2017-ci illərdə Azərbaycan silah idxalının həcminə görə 27-ci yeri tutdu: iki il ərzində ölkə əsasən İsrail və Rusiyadan $551 mln. məbləğində silah alıb.
2017-ci ildəAzərbaycan İsraildən 4 ədəd OPV-62 hərbi gəmisi, 40 ədəd BPLA Orbiter (o cümlədən ölkədə istehsal edilən), 215 ədəd Spike-NLOS tank əleyhinə raket idxal edib.
Moskva Bakıya 36 ədədə ağır odsaçan sistem (TOS-1), 40 ədəd BTR-82A zirehli transportyor, 800 ədəd "Xrizantema" tank əleyhinə sistem göndərib.
Azərbaycan Slovakiyadan 18 ədəd 152 millimertlik "Dana" özüyeriyən artilleriya qurğusu. Çexiyadan isə 10 ədəd 122 millimetrlik RM-70 yaylım atəşli reaktiv sistem alınıb.
Azərbaycan-NATO
1992-ci ilin yanvarında Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb. 1994-cü il mayın 4-də Azərbaycanın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması haqqında sənəd imzalanıb. 1997-ci ilin ortalarında Azərbaycan NATO Planlaşdırma və Təhlil Prosesinə qoşulub, elə həmin il Brüsseldə NATO-nun mənzil-qərargahı yanında Azərbaycanın diplomatik nümayəndəliyi açılıb. 2004-cü ildə Azərbaycan NATO Operativ Fəaliyyət Konsepsiyasına qoşulub, 2005-ci ildə ilk Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) hazırlanıb.
2008-ci ilin martında ikinci, yenilənmiş İPAP sənədi imzalanıb.
Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğun formalaşdırılır. Azərbaycan Əfqanıstanda NATO-nun rəhbərliyilə əməliyyatların keçirilməsinə dəstək göstərir, 2008-ci ilə qədər Kosovoda olub.
Ölkədə hərbi akademiyalar, ali hərbi məktəblər, hərbi təhsil müəssisələri və litseylər fəaliyyət göstərir. Türkiyəli mütəxəssislərin və təlimatçıların yardımı sayəsində minlərlə azərbaycanlı zabit Qərb metodikası üzrə təlim keçib. Onların bir hissəsi Türkiyə xüsusi bölmələrinin tərkibində Türkiyənin cənub-şərqində kürd yaraqlılarına qarşı hərbi əmıliyyatlarda təcrübə əldə edib. Qırıcı aviasiyası təyyarəçilərinin Təlim Mərkəzində Ukrayna HHQ mütəxəssisləri azərbaycanlı pilotlara təlim keçir.
Texnika nümunələri sovet dövrünün və Rusiya, İsrail, Türkiyə, Ukrayna, NATO ölkələri və yerli istehsallı yeni nümunələrin kombinasiyasından ibarətdir.
Hərbi təchizat: 220 əsas tank (T-72, T-90S). Bundan əlavə, 2005-ci və 2010-cu illər arasında T-80 tankları alınıb.100 ədəd T-55 tankı silinib və ehtiyata keçirilib. 600-dan çox hərbi maşın: CAR ilə birgə istehsal olunan təxminən 190 BMP, 150 BTR, 330 MTLB, 120 "Matador" və "Maroder" zirehli avtomobili, Türkiyə, İsrail, ABŞ, Rusiya texnikası, 420 artilleriya sistemi. Bunlar 300 silah və əsasən SSRİ istehsalı olan 120 SAU:
SAU "Nona, "Vena", "Qvozdika", "Msta-S", "Akasiya"; Д-20, "Qiasinit", М-46, "Rapira", Д-44 artilleriya sistemləri. Yaylım atəşli sistemlər: 60 RSZO, onlardan 12 ədəd "Smerç" qurğusu, 6 TOS-1A, 100 minaatan. Hava qüvvələrinin 106 təyyarəsi, 35 vertolyotu, pilotsuz texnikası var.
HDQ gözətçi gəmisi, raket kateri, patrul və desant gəmilərindən ibarətdir.
Bütün strukturları nəzərə almaqla quru qoşunları təxminən 85000 hərbçidən (Qabaqcıl Tədqiqatlar Qrupunun rəyinə əsasən) ibarətdir. Silahlı Qüvvələrin əsas heyətilə yanaşı Milli Qvardiyanın 2500 hərbçisi də quru qoşunlarına aiddir. Hərbiləşdirilmiş digər strukturlar Daxili Qoşunları (12000 nəfərlik şəxsi heyət) və Dövlət Sərhəd Xidmətinin quru qoşunları hissəsini (5000 nəfərlik şəxsi heyət).
Azərbaycan Türkiyənin köməyilə öz döyüş qabiliyyətini və təchizatını artırmaq məqsədilə bir sıra müqavilə bağlayıb. Son 15 ildə Azərbaycan öz Silahlı Qüvvələrini bütün mümkün çağırışlara hazırlayıb. Quru qoşunları 23 motoatıcı briqada, artilleriya briqadası, RSZO briqadası və tank əleyhinə alaydan ibarətdir. Bu qoşunlar 40 ədəd 9R35 "Strela-10", 2 K11 "Kruq" və 9K33 "Osa" hava hücumundan müdafiə kompleksinə malikdir (2007-ci il).
Azərbaycan ordusu beş ordu korpusundan ibarətdir: birinci Yevlax Ordu Korpusu (Gəncədə cəmləşib). İkinci Pirəkeşkül Ordu Korpusu (Dağlıq Qarabağ yaxınlığında yerləşir), üçüncü Şəmkir Ordu Korpusu (orada), dördüncü Bakı Ordu Korpusu (Abşeron yarımadasını əhatə edir), beşinci Naxçıvan Ordu Korpusu (Naxçıvanda yerləşir). Altıncı Xüsusi Ordu Korpusu (Naxçıvan) 2014-cü ildə beşincinin bazasında yaradılıb.
Azərbaycan Hərbi Hava Qüvvələri özündə Hava Hücumundan Müdafiə Qüvvələrini də yerləşdirir. Bütünlükdə 8000 nəfərlik şəxsi heyətdən ibarətdir. Ölkədə dörd əsas aviabaza yerləşir. Hacı Zeynalabdin aviabazasında qırıcılar, Kürdəmir aviabazasında bombardmançı avia alayı, Gəncə bazasında nəqliyyat aviasiyası, Bakıda Qalada vertolyot bölməsi yerləşir. Həmçinin dörd rezerv aviabaza var: Dəllər, Naxçıvan, Səngəçal və Sitalçay. Azərbaycanlı pilotlar Milli Hərbi Aviasiya Məktəbində dərs keçirlər, sonra öz biliklərini mövcud bölmələrdə təkmilləşdirirlər. Azərbaycan Türkiyə, Ukrayna, ABŞ, Rusiya və bəzi NATO ölkələri ilə təcrübə mübadiləsi aparır. Azərbaycan ordusunun silahları sırasında "Miq-29", "Su-24" və "Su-25" qırıcıları, "İl-76" və s. var.
Əsas təyyarələr 2006-cı ildə ukraynalı tərəfdaşlardan alınmış "Miq-29" təyyarələridir. Çindən "JF-17 Qrom" alınması məsələsinə baxılır.
Azərbaycan HHQ-nin vertolyotları əsasən Bakı Qala aviabazasında yerləşir. Vertolyot alayında 15 ədəd "Mi-24", 13 ədəd "Ми-8" və 7 "Ми-2" var. 2010-cu ildə Rusiyanın "Rostvertol" şirkəti bildirib ki, Azərbaycan 24 ədəd "Mi-35M" (Hind-E) hücüm vertolyotlarının alınması barədə saziş bağlayıb.
Azərbaycanın HHM ordusu ən azı 2 C-300 divizionundan ibarətdir ki, bu da milli HHM-i regionda güclü edir. Həmçinin Azərbaycan Bakı və Mingəçevirdə yerləşən iki batareya C-200 kompleksini istismar edir. Əlavə olaraq, 100-ə yaxın "Dvina" C-75 və C-125 var.
HDQ-nin tərkibi: Flaqman- G-121 Qusar freqatı. 2007-ci ildə modernləşdirilmiş 159A layihəli yüngül gözətçi freqatı. Patrul gəmiləri: Р 212-219, UK-3, 722. Patrul katerləri : Р-222, Р-223, "Türк", "Araz". Tralçılar: "Yaxond" və "Korund" layihəli iki gəmi. Desant gəmiləri:
SDK 770 (4 ədəd) və MDK 106 (2 ədəd). Sahil-mühafizə gəmiləri: 205 layihəli (4 ədəd), Р-173, yenidən təchiz edilmiş buksir-təchizatçı və kater.
Ölkənin öz gücü ilə yeni donanma yaratmaq planı var.
Azərbaycanın Hərbi-Dəniz Kəşfiyyatının xüsusi qüvvələri xüsusi əməliyyatların 641-ci dəniz mərkəzinin bazasında fəaliyyət göstərir. 641-ci bölmənin sərəncamında bir neçə kiçik sualtı qayıq ("Trinton-1М", "Trinton-2") döyüş üzgüçüləri üçün fərdi sualtı silah var.
Xüsusi bölmələr 3 kəşfiyyat qrupu, dağ şəraitində döyüşmək üçün 2 qrup və sualtı-təxribat fəaliyyəti üçün bir qrupdan ibarətdir. Döyüşçülər gündüz-gecə yerə və suya paraşütlə tullanmaq kursları keçirlər. Silahlı Qüvvələrə "Tiqrı" xüsusi bölmələri də daxildir.
2016-cı ilin aprel müharibəsi
Aprelin 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri tank və piyada qoşunlarından istifadə edərək Tapqaraqoyunlu kəndi istiqamətində hücuma keçib. Azərbaycan ordusu əks-hücuma keçərək ermənilərin birinci müdafiə xəttini yarıb. Nəticədə bəzi ərazilər azad edilib, strateji mövqelər tutulub, mühüm Lələtəpə yüksəkliyi, Talış kəndi ətrafındakı yüksəkliklər nəzarətə götürülüb. Ümumilikdə, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 ha-dan çox torpaq azad edilib.
Elə aprelin 2-də atəşin dayandırılması barədə razılıq əldə olunsa da döyüşlər davam edib. Məlumat yayılıb ki, əgər erməni tərəfi Azərbaycanın yaşayış məntəqələrini bombalamağa son qoymasa Xankəndi və işğal edilmiş digər rayonlara zərbələrin endirilməsinə hazırlaşmaq barədə raket-artilleriya qoşunlarına əmr verilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qarabağda aprel döyüşlərində 320 erməni əsgər öldürülüb, 500 nəfər yaralanıb, 30 tank məhv edilib, Ağdərə-Madagiz istiqamətində yollar nəzarətə götürülüb, Qarabağda cəbhənin təmas xətti boyunca yaşayış məntəqələrinin atəşə məruz qalma təhlükəsinin aradan qaldırılması ilə bağlı əməliyyat aparılıb.
2018-ci il mayın 24-də AzərTAC bildirib ki, öncə təsdiqlənmiş plana əsasən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun mühəndis-sapyor bölmələri qış mövsümündən sonra Ermənistanla sərhəddə müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi üzrə işlərə başlayıb. Bu məlumatda o nəzərdə tutulur ki, Azərbaycan ordusu Ermənistan ərazilərini nəzarət etməyə imkan verən yüksəklikləri tutub: neytral zona boyunca irəliləyən qoşunlar Şərur rayonunda Qızılqaya yüksəkliyini tutub. Nəticədə 1992-ci ildə erməni ordusunun nəzarətində olan Günnüt kəndi düşmən atəşindən xilas edilib. Azərbaycan ordusu Yerevan-Gorus-Laçın yoluna nəzarət etmək imkanı qazanıb.
İyunun 26-da Silahlı Qüvvələrin 100 illiyi münasibətilə Bakıda hərbi parad keçiriləcək. Bununla əlaqədar Müdafiə Nazirliyi jurnalistləri hərbi təlimlərə dəvət edib. Təlimlərdən sonra müdafiə naziri Zakir Həsənov jurnalistlərin qarşısında çıxış edərək Azərbaycan ordusunun son nailiyyətlərindən və qarşıdakı parada hazırlıqdan danışıb. "Bugünkü təlimlərdə əsas məqsəd Azərbaycan ordusunun döyüşə hazırlığını nümayiş etdirməkdir. Bu ordu istənilən an düşmənin hücumunu dəf edə bilər. Müharibəyə hazır olmaq istənilən ordunun əsas vəzifəsidir", - Z.Həsənov deyib.
"Bu gün Azərbaycan ordusu tam hazırdır və istənilən döyüş əmrini yerinə yetirməyə qadirdir. Ordumuz ən yeni avadanlıqla təchiz edilib, bütün hərbi maşınlar yenilənib, tanklar modernləşdirilib", - nazir bildirib.
* Məqalədə wikipedia.org məlumatları istifadə olunub.
Rəy yaz