Fəallar əfv və amnistiya aktı qəbul etməyə çağırıblar
Bakı/03.07.20/Turan: Vətəndaş cəmiyyəti fəalları koronavirus pandemiyası ilə əlaqədar amnistiya aktının qəbul olunması barədə kampaniyaya təşəbbüs göstəriblər. irəli sürüblər.
Kampaniyaya Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli təşəbbüs göstərib. İmzaların toplanması aşağıdakı platformada aparılır://www.change.org
Vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri, siyasi fəallar bununla bağlı prezident İlham Əliyevə müraciət göndəriblər.
COVİD-19 pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər.
“Mövcud ağır şərait cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyati təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması üçün amnistiya aktının qəbul edilməsini müstəsna zərurət kimi önə çəkir”, - müraciətdə deyilir.
Penitensiar müəssisələrdə kiminsə yoluxması zəncirvari reaksiyaya səbəb ola bilər.
Müraciət müəlliflər hesab edirlər ki, amnistiya aktı və əfv fərmanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmiş şəxsləri, azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkən (müəyyən istisnalarla) şəxsləri, azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilən şəxsləri, az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş şəxsləri, qadınları, yetkinlik yaşına çatmayanları, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxsləri əhatə edə bilər.
Həmçinin qeyd olunur ki, əfv olunacaq məhbuslar sırasına yerli hüquq müdafiəçilərinin rəyləri və Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə siyasi motivlərlə həbs olunmuş sayılan şəxslər də salınmalıdır.
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa indi amnistiyanın elan olunmasını real hesab etmir, çünki parlament yay tətilinə gedir.
Lakin bu təşəbbüsü əfv sərəncamı vasitəsilə reallaşdırmaq olar ki, bu da prezidentin müstəsna hüququdur.
“Amnistiya isə parlament tərəfindən qəbul edilir və bu uzun prosedurdur, deputatlar tərəfindən təşəbbüs göstərilməlidir, sonra komitələrdən keçməlidir, çoxlu maddələr araşdırılmalıdır, müzakirə olunmalıdır”, - F.Mustafa bildirib. —06D-
-
- İqtisadiyyat
- 3 İyul 2020 11:57
-
- Maliyyə
- 3 İyul 2020 12:12
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:09
- 283
Rəy yaz