Hakim Tofiq Yaqublunun son sözünü kəsib, fəallar məhkəmə qarşısında etiraz aksiyası keçiriblər
Bakı/02.09.20/Turan: Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev Demokratik Qüvvələrin Milli Şurasının və “Müsavat” Partiyasının üzvü Tofiq Yaqublunun son sözünü bir neçə dəfə kəsdikdən, daha sonra isə onu bu hüquqdan tamamilə məhrum etdikdən sonra Yaqublu aclıq elan edib.
Müttəhimin qızı Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublu öz nitqində məhkəməni “ölkənin ali siyasi rəhbərliyi tərəfindən icazə verilmiş saxta cinayət işinin icraçısı” adlandırıb.
“Yaqubluya qarşı bu həyasız saxtakarlığın sifarişçiləri və icraçıları gec, ya tez qanun qarşısında cavab verəcəklər. Tofiq Yaqublunun qəza və ya başqa qanunazidd əməl törətməsinin bir dənə belə videodəlili olsaydı, onu mütləq telekanallarda nümayiş etdirərdilər”, deyə Nigar Həzi bildirib.
O, atasının səhhəti ilə bağlı narahatlığını bildirib, 2019-cu ilin oktyabrında polis bölməsində işgəncələrə məruz qaldıqdan sonra onun artıq əməliyyat olunduğunu xatırladıb.
“Atamın başına nə isə gəlsə, buna görə İlham Əliyev məsuliyyət daşıyacaq”, deyə o bildirib.
Hökm sentbayrın 3-də oxunacaq. Məhkəmənin iclasından sonra bir qrup fəal Yaqublunun azad edilməsi tələbi ilə şüarlar səsləndirərək, yürüş keçiriblər.
* Bu il martın 22-də Tofiq Yaqublunun içində olduğu park edilmiş avtomobilə sükanı arxasında vətəndaş Elxan Cəbrayılovun oturduğu avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.
Nizami rayon polisi CM-in 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.
Yaqublu özü və həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etmək məqsədilə törədilmiş təxribat adlandırıblar. Beynəlxalq hüquq müdafiə təşkilatları Yaqublunun həbsini pisləyiblər.
Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etmə ittihamı ilə üç il müddətinə həbs edilmişdi. O, 2019-cu il noyabrın 19-da da Milli Şuranın icazəsiz etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilmişdi. -16D-
Cəmiyyət
-
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə genişmiqyaslı meşə bərpa səyləri barədə məlumat verərək, meşə ərazilərinin genişləndirilməsi məqsədilə on minlərlə ting əkildiyini açıqlayıb. Lakin tənqidçilər nazirliyin eyni zamanda özəl şirkətlərə torpaq icarəyə verməklə meşələrin qırılmasına şərait yaratdığını iddia edirlər.
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
Rəy yaz