Arxiv

Arxiv

Bakı/14.10.22/Turan: Turan Bakı Ağır Cinayətlər Məhkəməsində gedən maraqlı prosesi işıqlandırmaqda davam edir. Məhkəmədə biznesmen Əfqan Zeynalovun ona məxsus “Murov” TSK MMC-nin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayaya qarşı iddiaya baxılır Şirkət “Dəmiryol” QSC-nin tikinti podratlarını yerinə yetirir. Əvvəllər həmin Zeynalov Avtomobil Yolları Agentliyi ilə çalışan başqa şirkətin sahibi olub. Yol işçilərilə əməkdaşlıq nəticəsində Zeynalov əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Ancaq bu, onun dəmir yolu işçilərindən müqavilə almasına mane olmayıb.

Bu barədə Turan-da dərc olunan “Şübhəli məhkəmə” məqaləsində deyilir

Fabriçnaya özünü tamamilə günahsız hesab edir, guya Zeynalova məxsus mənşəyi məlum olmayan 720 min manatın mənimsənilməsilə bağlı bütün ittihamları rədd edir. Zeynalovda həqiqətən də bu məbləğin olub-olmamasına və pulun onun şəxsi mənzildəki xidməti seyfdə olub-olmamasına dair heç bir sübut yoxdur.

Prosesə hakim Faiq Qəniyev sədrlik edir.

Cümə axşamı ittiham tərəfinin şahidləri dindirilib. Taksi sürücüsü İbadət Cəfərov bildirib ki, “Murov” şirkətinin  əməkdaşı Mehriban Atakişiyevanı aparıb, daha sonra o, avtomobilin salonunda Fabriçnaya ilə yarım saat söhbət edib. Sürücü həmin vaxt maşından düşüb və onların nə danışdıqlarından xəbəri olmayıb. O, epizodun tarixini xatırlamır.

Nellinin atası Vyaçeslav məhkəməyə gəlib.  “Dəmiryol” QSC-nin keçmiş işçisi V.Fabriçnıyın ifadələri mühüm detallarla dolu olub. O deyib ki, Zeynalovu 6-7 ilə yaxındır tanıyır. Aralarında normal güvənli münasibət olub. Zeynalov onun qızı Nellini öz şirkətində işə götürüb, həmçinin Fabriçnıylar ailəsinin Dubay və Belarusa səfərlərini maliyyələşdirib. Əfqan ağır xəstə və huşsuz vəziyyətdə olanda Vyaçeslav ona qulluq edib.

Bir dəfə Əfqan Zeynalov Vyaçeslavdan xahiş edib ki, onun Bakıdakı üçotaqlı mənzilində metal seyf yerləşdirsin. Çünki o, dəmir yolu obyektləri tikən şirkətin sahibi kimi Bakıda kirayədə yaşayır və pulunu kənd ərazisində saxlamaqdan qorxur. Vyaçeslav razılaşıb, çünki qızı Nelli onun şirkətində işləyirdi və o,  Zeynalova inanırdı. Seyf quraşdırılıb, həmin gün Zeynalov qara çamadanla onların yanına gəlib, seyf olan otaqda tək qalıb, daha sonra seyfin açarını və şifrəsini mənzil sahibinə vermədən çıxıb gedib. Seyfə pul qoyub, ya başqa şey qoyub, ya da heç nə qoymayıb, Vyaçeslav bunu bilmir.

Vyaçeslav Zeynalovun ikinci xahişini də təmin edib və onu öz mənzilində qeydiyyata alıb. Və bir neçə aydan sonra Zeynalov seyfdən 300 min manatın yox olduğunu bildirəndə qalmaqal yaranıb. Sonra bu məbləğ 720 min manata yüksəlib.

Çəkişmə gedərkən Vyaçeslava Nelli tərəfindən yazılmış və pulun alınmasına dair qəbzi göstəriblər, lakin o, qızının xəttini tanımsyıb. O hesab edir ki, imza Nelli Fabriçnayaya aid deyil. Vyaçeslav Zeynalovun pulları onun qızı Nelliyə verdiyinə şahid olması ilə bağlı Zeynalovun ifadəsini təkzib edib.

İttiham tərəfinin vəkili İradə Cavadovanın sualına cavabında şahid deyib ki, Nellinin Zeynalovun pullarından üçüncü şəxslərə verməsi barədə məlumatı yoxdur. Vyaçeslav Nellinin bu seyfdən nəsə götürdüyünü görməyib. Zeynalov iddia edib ki, Nelli onun pulunu atasının yanında götürüb.

Vyaçeslavın sözlərinə görə, Əfqan Zeynalov polisin iştirakı ilə ona guya oğurlanmış pullardan 60 min dollar verməyi təklif edib.

Daha sonra məhkəmə həmin şirkətdə təmizlikçi işləyən Mehriban Atakişiyevanın ifadəsini dinləyib. O bildirib ki,  Nelli Fabriçnayadan 50 min manat alıb və oğluna “Mercedes” markalı mikroavtobus alıb.

İstintaq bu pulların Zeynalova məxsus olduğunu hesab edib. Daha sonra Atakişiyeva Zeynalova 70 min manat (75 minə dair ifadələr də var) qaytarıb.

Atakişiyeva vəkilin sualının cavabında deyib ki, Nellidən pul alınması ilə bağlı şahid yoxdur. Atakişiyeva onun  pulların qaytarılmasına dair qəbz verməyə hazır olması barədə Zeynalovun dediklərini təkzib edib.

Gün Fabriçnayanın vəkili Qəzənfər Rzayevin etirazı ilə başa çatıb. O, hakim Qəniyevin haqsız olduğuna işarə edib  ki, ötən dinləmədə guya Atakişiyeva deyib ki, N.Fabriçnaya ilə birlikdə vəd edib ki, külli miqdarda məbləği istintaq tərəfindən tanınan zərərçəkmişə qaytarsın.

Proses davam edir…

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti