Açiq mənbələrdən foto.
Dövlət Departamenti Azərbaycanı Tofiq Yaqublu və Bəxtiyar Hacıyevi "operativ qaydada" azad etməyə çağırır
Vaşinqton/10.01.23/Turan: Bazar ertəsi Dövlət Departamenti hökumətin tənqidçiləri Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsi ilə əlaqədar Azərbaycanda son insan hüquqları pozuntularını tənqid edib.
"Biz Bəxtiyar Hacıyevin və Tofiq Yaqublunun həbsindən və saxlanılmasından dərin narahatlıq hissi keçiririk", deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik brifinqdə Turan-ın sualına cavabda bildirib.
"Hakimiyyəti onları operativ qaydada azad etməyə çağırırıq", deyə o, sözünə davam edib.
Yaqublu və Hacıyev həbsxanada Azərbaycan hakimiyyətinin törətdiyi qanunsuzluqlara qarşı etiraz əlaməti olaraq aclıq edirlər.
Prays deyib ki, ABŞ əvvəlki kimi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin təşviqinə sadiqdir. "Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən baxışlarını dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq", deyə Prays bildirib.
Hacıyev dekabrın əvvəllərində saxlanılıb və "xuliqanlıqda" və "məhkəməyə hörmətsizlikdə" ittiham olunur. Hüquq müdafiə təşkilatları bu ittihamları siyasi motivli hesab edir.
Yaqublu dekabrın 23-də Bakının mərkəzində Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb. Bu gün o, altı gündür ki, aclıq edir və onun həyat yoldaşı və digər fəallar həmrəylik əlaməti olaraq ona qoşulurlar. 25B
Siyasət
-
Dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik göndərib. Məktubda deyilir:
-
ABŞ səfirliyi bu ölkəni yenidən qeyri-diplomatik ifadələrdən istifadə edərək antiazərbaycan siyasətində ittiham edən "Həftə" proqramının müəllifinə cavab verib.
-
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
-
Dekabrın 23-də Belqradda Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşü olub. Yekun mətbuat konfransında Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib ki, tərəflər turizmin inkişafını müzakirə ediblər. "Biz birbaşa aviareyslərin açılması, iqtisadi inkişaf və energetika üzrə işi gücləndiririk", - Curiç deyib.
Rəy yaz