Fazil Mustafaya niyə silahlı hücum oldu?
Martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında güllələnib. "Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır... Həyati təhlükəsi yoxdur", deyə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir.
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Məşhur Məmmədov "Turan"a bildirib ki, DTX kimi, o da həmkarı F.Mustafaya silahlı hücumu terror aktı kimi qiymətləndirib: "Bu, Azərbaycanda söz azadlığına, demokratiyaya olan hücumdur. Azərbaycanda sabitliyin, insanların rahat yaşamasının, ölkədə aparılan islahatların, Azərbaycanda öz torpaqlarının azad olunması yolunda aparılan siyasi hərəkatın qarşısını almaq üçün xarici qüvvələrin atdığı addımdır".
Deputat deyib ki, F.Mustafa sözünü deyən, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrə qarşı öz fikrini söyləyən deputatdır.
Məmmədovun fikrincə, bu il yanvarın 27-də İranda Azərbaycan səfirliyinə olan silahlı hücumdan və burada olan bir neçə pozucu hərəkətlərdən sonra başqa bir versiya qalmır: "Həm də martın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin bayramıdır, İsraildə Azərbaycan səfirliyi açılır. Burada yüzdə-yüz İranın əli var və onlar burada pozuculuq əməllərinə həmişə olduğu kimi davam edirlər".
Bu iddiaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da "Turan"a bildirib ki, hadisə dövlət təhlükəsizlik orqanlarının peşə bayramının qeyd olunduğu gün və Azərbaycanın İsraildə səfirliyinin rəsmən fəaliyyətə başladığı dövrdə baş verib: "Xankəndi və onun çevrəsində Azərbaycan bütün strateji yollara nəzarət həyata keçirir. Möhtərəm cənab prezident də dünən, martın 28-də Laçına xüsusi nümayəndəsini təyin edərkən də bildirdi ki, biz Ermənistana nəzarət edən mövqelərdəyik və güclənməkdə davam edəcəyik. Onunla yanaşı, regionda kifayət qədər mürəkkəb hadisələr cərəyan edir. Bu baxımdan, sanki havadan siyasi terror qoxusu gəldi".
Onun sözlərinə görə, regional vəziyyət hazırda çox mürəkkəbdir: "Amma, bununla bərabər, insanlarımız öyünürdülər ki, bu şəraitdə ölkəmizin adı sabitlik adası kimi çəkilirdi. İndi istəyirlər ki, o sabitliyi aradan qaldırsınlar. Bu halda Azərbaycan müxtəlif dövlətlərlə qarşıdurmaya getsin və balanslı mövqedən çıxsın. İstəyirlər ki, tərəf tutaq, müxtəlif bloklara qoşulaq. Bu terrorun kənar izləri sübut olunarsa, o dövlətlərlə münasibətləri necə quracağımız istintaqın nəticələrindən sonra müəyyənləşməlidir".
Amma olaya fərqli yanaşanlar da var. Bir sıra müşahidəçilərin fikrincə, bu olay diqqəti bəzi məsələlərdən yayındırmaq məqsədi də daşıya bilər.
Xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Ərəstun Oruclu AzadlıqRadiosuna isə deyir ki, bu hadisə konkret F.Mustafa ilə bağlı deyil və ümumiyyətlə, gözlənilən hadisə idi: "Çünki Bakıda baş verən bu son hadisələr - bu ay "Bravo"da bankomat qarşısında hücum, günün günorta çağı Dövlət Sirkinin yanında atəş açılması sanki Azərbaycanda ictimai rəyin bu tip hadisələrə hazırlanması idi".
Onun sözlərinə görə, siyasətçilərə hücum həmişə bir cəmiyyətdə çaşqınlıq, qorxu yaratmaq məqsədi güdür: "Bunun son həddi destabilizasiyadır, buna kurs götürülüb".
Ekspert bu hücumu kimin və ya hansı ölkənin etdiyini deyə bilməyəcəyini vurğulayıb: "Hələ əlimdə bir dəlil, sübut yoxdur. Amma, deyə bilərəm ki, siyasətçiyə, parlament üzvünə hücum olunursa, bu, insanlara mesaj verməkdir ki, bu ölkədə heç kəs təhlükəsiz deyil. Bu, həm siyasi, həm ictimai mesajdır".
-
- İqtisadiyyat
- 29 Mart 2023 12:05
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz