Azerbaijan”discussed reintegration
ABŞ Azərbaycan hökumətinin Qarabağ erməniləri ilə əlaqələrini alqışlayır
Vaşinqton/03.03.23/Turan: Cümə axşamı ABŞ Bakı nümayəndələri və Qarabağ erməniləri arasında bu yaxınlarda baş tutan danışıqları alqışlayıb, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.
"Azərbaycan hökuməti və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında qarşılıqlı əlaqələri alqışlayırıq". Bu barədə Turan-a Dövlət Departamentinin nümayəndəsi bildirib.
"Ümid edirik ki, bütün tərəflər bundan sonra da məhsuldar əlaqələri davam etdirə biləcəklər. Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi Cənubi Qafqazda möhkəm sülhə nail olmaq üçün həlledici əhəmiyyət kəsb edir", deyə mənbə əlavə edib.
Xatırladaq ki, martın 1-də Xocalıda Azərbaycan hökumətinin nümayəndələri və Qarabağ erməniləri arasında görüş keçirilib. Rəsmi Bakının məlumatına görə, digər məsələlərlə yanaşı, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub. 25B
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz