Nüsrət Həsrətli
Ağdaşda fəal Facebook-dakı yazısına görə saxlanılıb
Bakı/12.05.23/Turan: Ağdaşda yaşayan siyasi fəal Nüsrət Həsrətli mayın 12-də yerli polis tərəfindən saxlanılıb. Bu barədə Turan-a Həsrətli özü bildirib.
Həsrətlinin sözlərinə görə, onun saxlanılmasına Facebook-da mərhum Azərbaycan prezidenti Heydər Əliyev və ölkədəki qanunsuzluqlar haqqında yazıları səbəb olub. "Şöbədə telefonumu əlimdən alıblar və bütün yazdıqlarımı siliblər, özümü təhqir ediblər", deyə o bildirib.
Fəal saxlanıldıqdan bir neçə saat sonra sərbəst buraxılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə Turan-a bildirilib ki, Ağdaş rayon sakini Nüsrət Həsrətli daxil olmuş müraciət əsasında polis şöbəsinə dəvət edilib və profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb. 21B06
Cəmiyyət
-
Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.
-
Oktyabrın 22-də evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsən vətəndaşlar inzibati qaydada həbs olunub.
-
Oktyabrın 27-dən etibarən İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı layihənin həyata keçirilməsinə başlanır, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
-
Oktyabrın 24-də “Qarabağ” klubu Avropa Liqasının əsas mərhələsinin ev oyununda Hollandiyanın məşhur “Ayaks” klubuna 0:3 hesabı ilə uduzub.
Rəy yaz