Nikol Pashinyan
Paşinyan təsdiq edib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır
Bakı/22.05.23/Turan: Azərbaycanın 86.6 min kv. km-lik ərazisinə Dağlıq Qarabağ daxildir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bazar ertəsi mətbuat konfransında suallara cavabda bildirib, xəbəri Sputnik Armenia yayıb.
Onun sözlərinə görə, bütün hökumətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Eyni zamanda, o hesab edir ki, "Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri Stepanakert və Bakı arasında müzakirə olunmalıdır, bu zaman beynəlxalq zəmanətlərə ehtiyac var", onlar olmadan Dağlıq Qarabağ əhalisi "etnik təmizləmələrə" məruz qala bilər.
Baş nazirə xatırladıblar ki, Ermənistan Ali Şovetinin qərarı ilə o, Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıyan sənədi imzalamaq hüququna malik deyil, sonradan isə Ermənistan Konstitusiyası bu qərar əsasında tərtib edilib.
Buna cavabda Paşinyan deyib ki, 1989-cu ildə Ermənistan Ali Soveti və Dağlıq Qarabağ Vilayət Soveti Ermənistan və Dağlıq Qarabağın birləşməsi haqqında qərar qəbul edib. 1990-cı ildə Ermənistan yuxarıda qeyd edilən qərara da istinad edərək, Müstəqillik Bəyannaməsini qəbul edib.
Daha sonra, 1991-ci ildə Dağlıq Qarabağ öz müstəqilliyini elan edib. Belə bir sual yaranır - kimdən müstəqilliyini? Əgər Ermənistandandırsa, bu, yuxarıda qeyd edilən birgə qərarın pozuntusu deyilmi? Pozuntuya yol verilibsə, qərarı pozanlar niyə məsuliyyətə cəlb edilməyib? Azərbaycandan müstəqillik elan edilibsə, yenə də, bu, Ali Sovetin və Vilayət Sovetinin birgə qərarını pozmurmu? Axı, Dağlıq Qarabağ Ermənistanla birləşibsə, indi Dağlıq Qarabağ kimdən müstəqil olur?
1998-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və Yerevan Dağlıq Qarabağı danışıqlar prosesindən sıxışdırıb çıxarıb, bundan sonra danışıqların əsası kimi "ümumi dövlət" prinsipi götürülüb. Bu varianta əsasən, Dağlıq Qarabağ Azərbaycanın tərkibində müəyyən növ birlik idi.
Sonradan nizamlanmanın Madrid prinsipləri qəbul olunub, burada Dağlıq Qarabağın statusunun Azərbaycanla birlikdə gələcək referendum yolu ilə həlli nəzərdə tutulurdu.
Gələcək referendum Ermənistan və Azərbaycanla razılaşdırılmalı idi. Belə bir sual yaranır, Dağlıq Qarabağ artıq öz müstəqilliyini elan edibsə, Azərbaycanın buraya nə aidiyyatı var?
"Danışıqları Dağlıq Qarabağ özü aparmırsa, məsələ avtomatik olaraq ərazi münaqişəsi müstəvisinə keçir", deyə baş nazir bildirib. 02D
Siyasət
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə COP29-un gündəmində olan məsələlər müzakirə edilib.
-
Bazar günü ölkə başçısı İlham Əliyev ABŞ Konqresinin üzvü Avqust Pflugerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
-
İsrail prezidenti İsaak Hersoqun Bakıda keçirilən COP29 iqlim konfransına planlaşdırılan səfəri Türkiyə prezidentin təyyarəsinin uçuşuna icazə vermədiyi üçün ləğv edilib, - deyə bazar günü, noyabrın 17-də Azərbaycan və İsraildəki mənbələr bildiriblər.
-
III Respublika Platforması (ResPlatforma) Dirçəliş Günü ilə əlaqədar Bəyanat yayıb. Bəyanatda Azərbaycan millətinin Dirçəliş Günü təbrik edilir. Həmçinin Bəyanatda 17 noyabr prosesinin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi tələbi ilə başlayan mitinqlərin müstəqillik hərəkatının başlanğıcı olması və 17 noyabr prosesinin müstəqilliyin əldə edilərək II Respublikanın qurulması ilə nəticələndiyi qeyd edilir. Bu minvalla ResPlatforma müstəqillik və Qarabağ davası uğrunda fədakarlıq göstərən vətəndaşlarımızı, o cümlədən şəhid və qazilərimizi dərin minnətdarlıq hissi ilə yad edir.
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsinə Amerikadan baxış – Aleks Raufoğlu Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 11:55
- 510
Rəy yaz