Photo TURAN.
Dini fəalların qohumları Baş Prokurorluğun qarşısında etiraz edirlər
Bakı/02.06.23/Turan: Həbsdə olan dini fəalların ailə üzvləri iyunun 2-də Azərbaycan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçiriblər.
Onlar öz qohumlarının portretlərini əllərində tutaraq onların azad edilməsini tələb ediblər.
Aksiya iştirakçılarından biri Turan-a bildirib ki, fəalları narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs ediblər, lakin istintaqda onlardan İran hakimiyyətilə əməkdaşlıq barədə soruşurlar. Eyni zamanda, dövlət KİV-i onları "İran casusları" elan edib.
Polis aksiyanın gedişinə müdaxilə etməyib. Etirazçıları prokurorluqda qəbul ediblər.
*Son aylarda Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 100-dən çox dini fəal həbs edilib. Kütləvi həbslər "İran casusları"nın ifşa olunması barədə informasiya kampaniyası ilə müşayiət edilib. Həbslər Azərbaycanın İranla münasibətlərindəki gərginlik fonunda baş tutub.30В06
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz