Açiq mənbələrdən foto.
Polis Söyüdlü kəndinə girişi məhdudlaşdırıb
Bakı/22.06.23/Turan: 22 iyun səhərdən Gədəbəy rayonunun Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb. Son iki gündə burada yerli sakinlərin etiraz aksiyası keçirilib.
İyunun 20-də polis əməkdaşları Söyüdlü kənd sakinlərinin etiraz aksiyasını dağıtmaq məqsədilə xüsusi vasitələrdən istifadə ediblər. Kəndlilər "Gədəbəy" yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün süni su anbarının yaradılmasına etiraz ediblər. Yerli sakinlərin sözlərinə görə, qarşıdurma zamanı 10-a yaxın adam xəsarət alıb. Beş etirazçı inzibati qaydada həbs edilib, aksiyanın daha bir iştirakçısı cərimələnib. İyunun 21-də yerli sakinlər etiraz aksiyasını davam etdiriblər və Gədəbəy rayonunun icra başçısı onların nümayəndələrini qəbul edib.
İyunun 22-də kəndin girişində polis postu quraşdırılıb və Söyüdlüyə yalnız yerli qeydiyyatı olan şəxslər buraxılır. Bu barədə Turan-a yerli sakin Sürəyya Əliyeva bildirib.
Onun sözlərinə görə, kəndin ərazisində “çoxlu polis" var, onlar etirazları davam etdirmək üçün adamların bir araya gəlməsinə imkan vermirlər.
O hesab edir ki, yerli sakinlər Gədəbəy rayonunun icra başçısı Orxan Mürsəlovla dünənki görüşdən razı qalmayıblar.
"O, bizi dinləmədi, ancaq özü danışdı. Hazırda hökumət komissiyası yaradılıb. Biz istəyirik ki, komissiya üzvləri bizimlə görüşsünlər, şikayətlərimizi dinləsinlər, yerli sakinlərin iştirakı ilə monitorinq aparsınlar. Gəlib zavodun həyətinə baş çəkib gedəcəklərsə, gəlməsələr daha yaxşıdır”, - Əliyeva qeyd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti kəndə girişin məhdudlaşdırılmasını Turan-ın müxbirinə təsdiqləyib.
İctimai asayişin təmin edilməsi məqsədilə kəndə kənar şəxslərin girişi məhdudlaşdırılıb, - nazirlikdən bildiriblər.
“Müdafiə Xətti” hüquq- müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Turan-ın müxbirilə söhbətində polisin hərəkətlərini hüquqazidd adlandırıb.
“Hökumət haqlı etirazları dinləyib rasional qərar vermək əvəzinə təcridetməni dərinləşdirir, zorakı siyasətə üstünlük verir”, - o deyib.
"Əlbəttə, Söyüdlü kəndinə giriş-çıxışı məhdudlaşdırmaq milli və beynəlxalq qanunvericiliklə ziddiyyət təşkil edir", - Səfərov deyib.
Konstitusiyanın 28-ci maddəsinin lll hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokola əsasən istənilən dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var.
Öz növbəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Turan-ın müxbirinə bildiriblər ki, hökumət komissiyasının üzvləri Gədəbəy rayonundadır.
Yerli mənbələrin məlumatına görə, bu gün komissiyanın üzvləri qızılın emalından sonra çirkab sularının töküldüyü süni gölə baş çəkiblər.
Yerli sakinlər müəssisədən zərərli maddələrin axınının dayandırılmasını və zavoddan tullantıların toplanması üçün yeni süni gölün tikintisinə yol verilməməsini tələb edirlər.
Söyudlu Bakıdan 450 kilometr qərbdə dağlıq ərazidə yerləşir. "Gədəbəy" yatağı 2009-cu ildən Britaniyanın "Anglo Asian Mining" şirkəti tərəfindən işlənilir. İlk qızıl hasilatına 2009-cu ildə başlanılıb.- 06B-
Kəndin girişindəki polis postunun fotosu "Azadlıq" qəzetinin səhifəsində:
https://www.facebook.com/photo?fbid=583604477220865&set=a.541184561462857
-
- İqtisadiyyat
- 22 İyun 2023 13:09
Cəmiyyət
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
-
"ToplumTV işi" adlandırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittihamının ağırlaşdırıldığı, istintaqın artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Həmin cinayət işinə "Toplum" İnternet Televiziyasının, Demokratik Təşəbbüslər İnstitutunun, habelə III Respublika Platforması təşəbbüsünün bəzi əməkdaş və təmsilçilərinin həbsi daxildir. Müdafiə tərəfinin məlumatina görə, onlara Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi), 192.3.2 ( küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda), 206.4 (mütəşəkkil dəstənin qaçaqmalçılığı) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma ) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Əvvəlki ittihamlarla şəxslərə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
-
Çərşənbə axşamı hava dəyişkən olacaq, yağıntı olmayacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 6+9 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:38
- 161
-
- Söz istəyirəm,
- 11:25
- 322
-
- Cəmiyyət,
- 11:19
- 220
-
- Siyasət,
- 00:12
- 667
Rəy yaz