Эльмир Аббасов
NİDA Gənclər Hərəkatının fəalı saxlanılıb
Bakı/22.06.23/Turan: İyunun 21-də axşam NİDA Gənclər Hərəkatının fəalı Elmir Abbasov saxlanılıb.
"Elmirin doğmalarının məlumatına görə, dünən axşam saat 22:00-a yaxın o, anasına zəng edib deyib ki, evə gəlir, marketdən bir şey almaq lazımdırmı? Ancaq evə gəlməyib və onunla əlaqə kəsilib. Bu gün məlum olub ki, Elmiri saxlayıblar ", - Hərəkatdan Turan-a bildiriblər.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Abbasovun saxlanılmasını Turan-a təsdiqləyiblər.
"Elmir Abbasov ictimai asayişin pozulması ilə əlaqədar saxlanılıb, araşdırma aparılır", - nazirlikdən bildiriblər.
Lakin onun tərəfdaşları hesab edirlər ki, Abbasov Facebook-da polisi sərt tənqid etdiyinə görə saxlanılıb.
"Elmir dərc etdiyi statusda iyunun 20-də etiraz aksiyası zamanı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinə qarşı polis zorakılığını kəskin tənqid edib", - Hərəkat nümayəndəsi deyib.
Elmir Abbasov bundan əvvəl də həbs edilib. 2021-ci ilin fevralında narkotik maddələrdən qanunsuz istifadə ittihamı ilə 30 sutka həbs edilib. O zaman müxalifətçilər onun həbsini hakimiyyətin tənqidilə əlaqələndirmişdilər. 21D06
-
- İqtisadiyyat
- 22 İyun 2023 13:09
-
- Maliyyə
- 22 İyun 2023 13:35
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz