"İnqilabın Səsi" platformasının üzvü Məhərrəm Əkbərovun həbs olunub
Bakı/15.07.23/Turan: İyulun 15-də Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi Məhərrəm Əkbərovun Xırdalanda, yaşadığı evin yaxınlığında saxlanıldığı bildirilir. Bu barədə sosialist fəalın yaxınları Amerikanın Səsinə məlumat verib.
"Demokratiya 1918" Hərəkatının üzvü Afiəddin Məmmədov bildirib ki, Məhərrəm Əkbərov Türkiyədəki Sosialist Əməkçilər Partiyasının tərkibindəki "İnqilabın Səsi" platformasının üzvüdür:
"Platforma Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı müxtəlif paylaşımlar edib. Fəalın Bakı Şəhər Baş Polis İdarəsinin mülki əməliyyatçıları tərəfindən aparıldığı bildirilir, amma ailəsinə heç bir məlumat verilmir. Onun hansı səbəbdən saxlanıldığı haqda məlumat yoxdur".
Dostları onun saxlanılmasının siyasi olduğunu deyirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Məhərrəm Əkbərova 30 sutka inzibati həbs cəzası verilib. Hacıyev fəalın hansı maddə ilə ittiham olunduğu barədə məlumatının olmadığını qeyd edib.
Elektron Məhkəmə Sistemində Məhərrəm Əkbərova Xətai Rayon Məhkəməsinin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 1 ay inzibati həbs cəzası verildiyi yazılıb.—06В-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz