Osman Narimanoglu (Rzayev)
Gəncə İstintaq Təcridxanasında saxlanılan sayt təsisçisi aclıq edir
Bakı/26.07.23/Turan: "Demokratik.az" saytının redaktoru, Gəncə İstintaq Təcridxanasında saxlanılan Osman Nərimanoğlu (Rzayev) iyulun 23-dən aclıq edir. Bu barədə Turan-a onun xanımı Arzu Rzayeva bildirib. O, iyulun 26-da Osman Nərimanoğlu ilə görüşüb.
Onun sözlərinə görə, jurnalist əsassız cinayət təqibinə etiraz olaraq aclıq edir.
Nərimanoğlu aclıq etməsi barədə istintaq təcridxanasının rəhbərliyinə yazıb.
Rzayeva həyat yoldaşının işi üzrə məhkəmə istintaqının əsassız yubadıldığını deyib.
Penitensiar Xidmət jurnalistin aclıq etməsi barədə məlumatı təkzib edib.
"Penitensiar Xidmətə Osman Rzayevdən aclıq etməsi barədə hər hansı rəsmi müraciət daxil olmayıb",- idarədən bildiriblər.
5 iyul 2022-ci ildən həbsdə olan jurnalist daha öncə bildirib ki, o, peşə fəaliyyətinə görə Göygöl rayonunun vəzifəli şəxslərinin ona qarşı apardığı böhtan kampaniyasının qurbanı olub.
Göygöl xəstəxanasının direktoru Vasif Əliyevin, rayon Suvarma Sistemləri İdarəsinin keçmiş rəisi İlqar Məhərrəmovun və daha iki həkimin şikayətləri əsasında ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu yolu ilə tələb etmə) ittiham irəli sürülüb. 06B
-
- Maliyyə
- 26 İyul 2023 16:37
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz