Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bakı/07.27.23/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə Turana onun vəkili Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, iyulun 27-də Sabunçu Rayon Məhkəməsində istintaq orqanın vəsatətinə baxılıb və E.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil qeyd edib ki, partiya üzvü özünü təqsirli bilmir və öz həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
AXCP üzvü Elxan Əliyev iyulun 26-da polis tərəfindən saxlanılıb. Ona və digər iki nəfərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Elxan Əliyev vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satdığında ittiham olunur.
Həbsindən əvvəl makler işləyən E.Əliyev video çəkərək bir nəfərin ona dəfələrlə müraciət etdiyini, ona evlərin göstərməyini xahiş etdiyini və özünü şübhəli apardığını bildirdi.
DİN-dən isə qeyd olunub ki,
E.Əliyev sosial şəbəkələrdə paylaşıdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz