Açiq mənbələrdən foto.
Ədliyyə Nazirliyi Müsavat Partiyasına mənfi cavab verib
Bakı/19.07.23/Turan: Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq.
Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı facebook səhifəsində yazıb.
"Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb", deyə o qeyd edib.
Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir.
Hacılı bildirib ki, partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəklər.
"Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq", deyə Müsvat Partiyasının başqanı qeyd edib.
Ədliyyə Nazirliyi bundan öncə Respublikaçı Alternativ (REAL) Partiyasına eyni məzmunlu cavab verib.
Azərbaycanda indiyədək 58 siyasi partiya olub. Onlardan 31-i özünü buraxdığını elan edib. Digər 28 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün müraciət edib. 03
-
- Cəmiyyət
- 19 İyul 2023 15:26
Siyasət
-
Bu gün Bakıya gələn Almaniya xarici işlər naziri Annalena Berbek COP29 iqlim konfransı ərazisində mətbuat konfransı keçirib.
-
Noyabrın 21-də Bakıda BMT-nin İqlim Konfransı (COP29) məkanda iqlim fəalları çoxsaylı aksiyalar keçirib.
-
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP CSF) Baş Assambleyası cümə günü qəbul etdiyi qətnamədə Ukraynada Rusiyanın davam edən təcavüzündən qaynaqlanan geosiyasi gərginliklərin artdığı bir şəraitdə demokratik islahatlara, regional sabitliyə və Avropa inteqrasiyasına sadiqliyini bir daha təsdiq edib.
-
Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan fəal Nicat İbrahim əsassız cinayət təqibinə etiraz olaraq noyabrın 20-də özünə çoxsaylı xəsarət yetirib. Bu barədə Turan-a onun xanımı Pərvin İbrahim bildirib. Onun sözlərinə görə, noyabrın 21-də həyat yoldaşı zəng edərək deyib ki, ötən gün güzgü parçası ilə özünə xəsarət yetirib. O, boğazını və qulaqlarını kəsib.
Rəy yaz