Afiyəddin Məmmədov aclıq aksiyasına dayandırıb
Bakı/05.08.23/Turan: Avqustun 5-də inzibati həbs cəsası çəkən “Demokratiya 1918” Hərəkatının Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov aclıq1aksiyasını dayandırıb.
Bu barədə Turan-a “Demokratiya 1918” Hərəkatının rəhbəri Əhməd Məmmədli məlumat verib.
"Afiəddin Məmmədov çoxsaylı xahişlərimizdən sonra nəhayət aclıq aksiyasını dayandırdı», - deyə Məmmədli bildirib.
Həmçinin o qeyd edib ki, Məmmədovun tələblərindən biri - telefonla danışmaq hüququ bərpa edilib.
Afiyəddin Məmmədov avqustun 1-də yol hərəkəti qaydalarına edilən dəyişikliklərlə bağlı motoskuterlərinin əlindən alınmasından narazı olduqlarını bildirən ərzaq çatdıran kuryerlərin etirazından sonra saxlanılıb.
Avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.
Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib. Buna etiraz olaraq o aclıq aksiyası elan edib.
*Məmmədov “Demokratiya 1918” Hərəkatının nəzdində fəaliyyət göstərən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri olaraq kuryerlərin və digər fəaliyyət sahələrində çalışan işçilərin əmək hüquqlarını fəal şəkildə müdafiə edir.
**“Demokratiya 1918” Hərəkatı yanında Həmkarlar İttifaqları Konfederasiyası özünü iqtidaryönlü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına alternativ kimi göstərir. 06В
-
- Cəmiyyət
- 5 Avqust 2023 14:50
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz