
koronavirusinfo.az
Bakı/26.01.21/Turan: Azərbaycanda bir gün ərzində koronavirus infeksiyasına 326 yeni yoluxma hadisəsi qeydə alınıb, 551 nəfər sağalıb, 7 xəstə isə vəfat edib, bu barədə yanvarın 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 229 358 nəfərə çatıb, onların 221 116 nəfəri sağalıb, 3 100 nəfəri vəfat edib, 5142 aktiv xəstənin müalicəsi davam etdirilir.
Pandemiyanın başlanğıcından etibarən ümumilikdə 2 372 616 test, o cümlədən son bir gündə 7807 test aparılıb. -06D-
Rəy yaz