ABB-nin vəsaitlərinin mənimsənilməsi işi üzrə prosesdə daha üç müttəhim ifadə verib
Баку/16.02.19/Turan: Cümə günü günortadan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş rəhbəri Cahangir Hacıyev, biznesmen Dünyamin Xəlilov və həmin maliyyə müəssisəsinin vəsaitlərinin mənimsənilməsi işi üzrə ittiham olunan digər 19 nəfərin məhkəmə prosesi davam edib.
Fasilədən sonra müttəhim Təbriz Əbdülhəmidov ifadə verib. O 17 mln. manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. O qeyd edib ki, əvvəllər D.Xəlilovun şirkətində kuryer kimi çalışıb, sonra "General Consalting" şirkətində inşaat üzrə mütəxəssis təyin edilib. "Dünyamin müəllim məni "Pərvanə" MMC-yə direktor təyin edəcəyini vəd etdi. Mən razılaşdım. Bu 2007-ci ildə olub. Mən hər zaman obyektdə olurdum. Ora mənə imzalamaq üçün sənədlər gətirirdilər. Mənim əməkhaqqım 450-500 manat idi", -T. Əbdülhəmidov bildirib. O deyib ki, Zaqatala, Şəki, Qucar, Qazaxda Olimpiya komplekslərinin inşasına nəzarət edib.
Sonra iş üzrə digər müttəhim, "Xəzər Menecment"in rəhbəri Adil Mikayılov dindirilib. O bildirib ki, D.Xəlilovdan Şəki Hidroelektrik Stansiyasının tikintisilə bağlı təklif alıb. "Mən əvvəlcə 700, sonra 1000 manat alırdım. Direktor olandan sonra 2500 manat almağa başladım. 2009-cu ildə ABB-nin zəmanətilə Almaniya şirlkətilə müqavilə bağladıq. Mən sənədləri imzaladım. Ümumilikdə, bizə nə deyirdilər, onu edirdik. Bütün şirkətlərə D.Xəlilov rəhbərlik edirdi. Biz bankdan pulu hissə-hissə götürüb kassir Mikayıl Muradova verirdik", - o bildirib.
A.Mikayılov 1 mln. 14 min manatı mənimsəməkdə ittiham olunur.
Sonra müttəhim Erhan Cavad dindirilib. O, "Azərbaycan Consaltinq Qrup" şirkətinin rəhbəri olub. E.Cavad bildirib ki, "Cargill" şirkəti "Buta Kitchen" ilə 163 mln. manat məbləğində məhsulun alınmasına dair müqavilə bağlayıb. ABB bu sövdələşmənin qarantı kimi çıxış edib. "Cargill" bizə məhsul satıb, sonra yenidən onları alıb başqa şirkətə satırdı. Azərbaycana qarğıdalı göndərməliydilər. Sonra onu satdılar. Faizlər tutulduqdan sonra "Cargill" "Buta Kitchen"ın xaricdəki hesabına 130 mln. manat köçürüb. 30 milyon Azərbaycana göndərilib, qalan 100 milyonu şirkətin səhmdarə Nəsib Piriyev borc kimi başqa şirkətə köçürüb. Həmin pulların sonra necə olduğunu bilmirəm", - müttəhim deyib.
Hakim Qəribov bildirib ki, E.Cavad və N.Piriyev birlikdə 249 mln. manatdan çox mənimsəyiblər. N.Piriyevin barəsində axtarış elan edilib və onun işi ayrıca icraata götürülüb.
Proses fevralın 18-də davam edəcək.
*Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib.
C.Hacıyev və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.
Dekabrın sonunda baş prokuror bildirib ki, C.Hacıyevə qarşı yeni maddə - külli miqdarda vəsaitin mənimsənilməsi, cinayətkar yolla əldə edilmiş vəsaitin leqallaşdırılması, vergidən yayınma və s. üzrə ittiham irəli sürülüb.
O, real dəyəri olmayan veksellerin alqı-satqısına dair ümumı məbləği 3.4 milyard dollar və 987 milyon avro həcmində sövdələşmələr bağlamaqda ittiham olunur.
Istintaqın bildirdiyinə görə, C.Hacıyevin göstərişi ilə ümumi məbləği 900 mln. manat həcmində pul vəsaitinin manat və xarici valyutada leqallaşdırılması məqsədilə çoxsaylı kredit müqavilələri bağlanıb. Həmin vəsaitlər mənimsəmə məqsədilə bankın hesabından başqa hesablara köçürülüb.
İstintaq C.Hacıyevi keçmiş deputat Dünyamin Xəlilov və digər 20 nəfərlə birlikdə 4,7 milyard manatı məminsəməkdə ittiham edib.
Bundan əlavə, istintaqın məlumatına görə, C.Hacıyev D.Xəlilov (2011-2014-cü illərdə "Aztorq" MMM-nin faktiki rəhbəri olub) ilə birlikdə 1 mln. 752 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməyib.
C.Hacıyev və D.Xəlilov bütün ittihamları rədd ediblər.-21С-
-
- Cəmiyyət
- 16 Fevral 2019 11:02
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz