Zəlzələdən sonra bir-birinin ardınca vulkan baş verir
Bakı/16.02.19/Turan: Ötən gün Şamaxı rayonunda yenidən vulkan püskürüb. Bu, son günlər baş verən ikinci vulkandır. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hadisə rayonun Kiçik Xınıslı kəndində baş verib. Vulkan nəticəsində hər hansı dağıntı və ya dgər fəsadlar yoxdur.
Fevralın 13-də həmin rayonun Quşçu kəndində də vulkan püskürməsi baş vermişdi. Vulkan nəticəsində əraziyə müəyyən ziyan dəymişdi.
Fevralın 5-də Şamaxı rayonunda 5-6 bal gücündə zəlzələ baş verib, yaşayış və təsərrüfat obyektlərinə ziyan dəyib.
Seysmoloqlar yeraltı təkanlar ilə vulkanların aktivləşməsi arasında birbaşa əlaqə görürlər. Bu, onunla əlaqədardır ki, yeraltı plitələrin tərpənməsi ilə torpağın altından qazın səthə çıxdığı yollarda da dəyişiklik baş verir -05D-
-
- Cəmiyyət
- 16 Fevral 2019 11:23
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz