Ali Məhkəmə jurnalisti həbsdə saxlayıb
Bakı/18.09.18/Turan: Çərşənbə axşamı Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının kassasiya şikayətinə baxılıb.
Jurnalist Şəki Apellyasiya Məhkəməsinin qərarından şikayət verib, amma Muxtarlı özü prosesdə iştirak etməyib.
Vəkil Elçin Sadıqov şikayəti dəstəkləyib, məhkəmədən onu təmin etməyi və jurnalistə bəraət verməyi xahiş edib. Amma prokuror Rövşən Tağızadə məhkəmənin qərarını qüvvədə saxlamağı xahiş edib.
Qısa müşavirədən sonra məhkəmə kollegiyası jurnalist barəsində hökmün qüvvədə saxlanması barədə qərarı elan edib.
Xatırladaq ki, Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək barədə uydurma ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.
Əslində o, 2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstanın polis işçiləri tərəfindən saxlanılıb və Azərbaycan nümayəndələrinə təhvil verilib.
Amnesty İnternational təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb. -0-
-
- Cəmiyyət
- 18 Sentyabr 2018 12:33
-
- İqtisadiyyat
- 18 Sentyabr 2018 12:49
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz