Alt paltarında 20 min dollar
Bakı/12.11.18/Turan: Astara nəzarət-buraxılış məntəqəsinin gömrükçüləri Azərbaycan vətəndaşının bəyan edilməmiş 20 min dolları keçirməsi cəhdinin qarşısını alıb, bu barədə ölkənin Gömrük Komitəsinin məlumatında deyilir.
Mənbənin məlumatına görə, adı açıqlanmayan İrana gedən vətəndaş 20 min dolları alt paltarında gizlədib. Onun davranışı şübhəli gəlib və üzərində axtarış zamanı valyuta aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, vətəndaşlar ölkədən 10 min dolları sərbəst şəkildə keçirə bilər. Bundan artıq məbləğə rüsum düşür. -02D-
-
- Maliyyə
- 12 Noyabr 2018 13:13
-
- İqtisadiyyat
- 12 Noyabr 2018 13:23
Cəmiyyət
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz