AMAY yanğından ziyan çəkən iş adamlarına iş yerləri təklif edir
Bakı/26.03.19/Turan: "Diqlas Ticarət Mərkəzində yanğın nəticəsində iş yerlərini itirmiş iş adamlarına yeni ticarət mərkəzi tikilib istifadəyə verilənədək və onlar yeni mərkəzdə iş yerləri ilə təmin edilənədək AMAY ticarət mərkəzində bir il icarə haqqı ödəmədən yerlər götürməyi təklif edirəm". Bu bəyanatla AMAY Şirkətlər Qrupunun qurucusu, iş adamı Abdulla Abdullayev martın 26-da "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı burada fəaliyyət gösrərən iş adamlarına müraciət edib.
A.Abdullayev bildirib ki, yanğın nəticəsində iş adamlarının ağır duruma düşmələri ciddi narahatlığına səbəb olub.
"Mən iş adamlarının düşmüş olduqaları durumu anlayır və onları yaxşı başa düşürəm. Bu vəziyyətdə həm iş adamlarının vəziyyətini, həm cənab prezident İlham Əliyevin iş adamlarına daim dəstək verməsini nəzərə alaraq, bu addımı atıram", deyə o qeyd edib.
Marıtn 26-da "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Yanğın nəticəsində yüzlərlə sahibkarın obyektləri yanıb. Dəyən ziyanın miqdarı milyonlarla manat hesablanır. -0-
-
- Siyasət
- 26 Mart 2019 13:33
-
- Söz istəyirəm
- 26 Mart 2019 14:46
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 236
Rəy yaz