глава МИД Армении Зограб Мнацаканян
Ermənistan XİN başçısı qarşıda duran Paşinyan-Əliyev görüşü haqqında
Bakı/26.03.19/Turan: Ermənistan baş naziri və Azərbaycan prezidenti arasında görüş anı çox yaxındır. Bu barədə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan martın 29-da Vyanada Əliyev-Paşinyan görüşü haqqında məlumatları şərh edərkən bildirib.
Mnatsakanyanın sözlərinə görə, tərəflər arasında bu və ya digər görüş qarşılıqlı olaraq razılaşdırıldıqdan sonra onun haqqında məlumat vermək barədə razılaşma var.
"Görüş anı çox yaxındır. Amma biz bir-birimizə hörmət etməliyik. Ermənistan da, Azərbaycan tərəfi də, həmsədrlər də görüşü sinxron şəkildə elan edəcək", deyə Sputnik Armena nazirdən sitat gətirir.
Qeyd edək ki, rəsmi Bakı indiyədək Vyanada keçiriləcək görüşlə bağlı şərh verməyib. -02D-
-
- Cəmiyyət
- 26 Mart 2019 14:02
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz