Geniş miqyaslı təlimlər zamanı yeni artilleriya atəşini idarəetmə sistemi sınaqdan çıxarılıb
Bakı/26.03.19/Turan: Bu günlərdə keçirilən geniş miqyaslı hərbi təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələri 7A0917 "Lektor" daşınan artilleriya atəş idarəetmə kompleksini sınaqdan çıxarıb.
Müdafiə Nazirliyinə yaxın Azeri Defence saytının məlumatına görə, yeni kompleks Belarusdan alınıb. KOmpleksin tərkibinə radiostansiya,"Kaponir" elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir.
Kompleks üç idarəetmə səviyyəsinə malikdir.
Kompleksin köməyilə məlumat toplamaq və saxlamaq, hesablama və informasiya vəzifələrini həll etmək olar. "Lektor" ilk dəfə bu ilin fevralında Əbu-Dabidə IDEX-2019 sərgisində nümayiş olunub. -02D-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz