Anar Məmmədlinin səhhətində problem var
13 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətində problem yaranıb.
Cəzaçəkmə müəssisəsi ekoloji cəhətdən əlverişsiz yerdə yerləşir – çirkli nohurlar - antisanitariya mənbələri ilə əhatə olunub. Bu, Anar Məmmədlidə alergiyaya səbəb olub və hazırda o, müalicə alır. Bu barədə fəalın doğmaları bildiriblər.
Bundan başqa, Məmmədli barakının dəyişdirilməsi xahişi ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edib, belə ki, hazırki saxlanıldığı yerdə şərait pisdir.
Məmmədli həmçinin bildirib ki, cəzaçəkmə müəssisəsinin kitabxanasına yalnız dövlət qəzetləri gətirilir, müxalif və müstəqil nəşrlər orada yoxdur.
Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5 il yarım müddətinə azadlıqan məhrumetmə cəzasına məhkum edib.
Amnesty İnternational təşkilatı Anar Məmmədlini vicdan məhbusu elan edib. O, Vatslav Qavel adına mükafata layiq görülüb. -16D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz