Apellyasiya Məhkəməs X.İsmayılovanı həbsdə saxlayıb
Bu gün Bu gün Bakı Apellyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrliyi ilə araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın həbs müdətinin uzadılması ilə bağlı şikayətinə baxılıb.
Vəkil Yalçın İmanovun Turan-a verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
Onun sözlərinə görə, müdafiə tərəfi İsmayılovaya qarşı özünü öldürmə həddinə çatdırma haqqında şikayət vermiş Tural Mustafayevin də məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb.
Öz növbəsində, İsmayılova yenidən bildirib ki, həbsə səbəb onun Azərbaycan prezidentinin ailə üzvlərinin biznesi ilə bağlı jurnalist araşdırmaları olub.
Vəkil deyib ki, Apellyasiya Məhkəməsinin qərarından sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndəriləcək.
* Xədicə İsmayılova CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. O, guya özünü öldürmə həddinə çatdırdığı Tural Mustafayevin bəyanatı əsasında həbs edilib. Xədicə İsmayılova ittihamları rədd edərək, bunu peşə fəaliyyəti ilə əlaqələndirir. Yanvarın 27-də Səbail rayon məhkəməsi onun həbs müddətini 1 ay 19 gün uzadıb. Amnesty İnternational təşkilatı İsmayılovanı “vicdan məhbusu” kimi tanıyıb. -16D-
Cəmiyyət
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
Rəy yaz