Nurcahan Əbilova: Bu boyda haqsızlıq olmaz axı...
Həbsdə olan bloger Əbdül Əbilovun anası Nurcahan Əbilova “Amerikanın Səsi”nə müsahibəsində oğlunun səhətində yaranmış problem, ailəsinin sosial durumunun ağırlığı və dövlət rəsmilərinə müraciətinə cavab ala bilməməsindən danışıb.
Əbdül Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında Daxili İçlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hüquq mühafizə orqanları saxlanılarkən onun cibindən içərisində 2,679 qr heroin olan sellofan paket, kirayədə yaşadığı evdən isə 4,677 qr heroin tapıldığını bildirir.
2014-cü il mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 31 yaşlı facebook fəalı Əbilov 5 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddəsi ilə təqsirli bilinir.
Məhkəmədə o bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib.
Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus hesab edir.
Nurcahan Əbilova yaxınlada cəzaçəkmə müəssiəsində oğlu ilə görüşüb. “Onun sağlamlıq durumu heç xoşuma gəlmədi. Övladım xəstədir. O, bu həftənin dördüncü günü zəng etmişdi. Yenə də soruşdum, dedi ki, xəstəliyi əsəblə, stressle bağlıdır. Mən ona görə çox narahatam”, deyə o qeyd edib.
Nurcahan Əbilova ailəsinin maddi durumunun ağır olduğunu deyib. “Mən xəstəyəm. Neçə illərdir xəstəyəm, əsa ilə gəzirəm. Hara iş üçün müraciət edirəm, müsbət cavab ala bilmirəm. Hökumət də yardım etmir. Az-çox qohum-əqraba kömək edir. Allah köməkləri olsun”.
Ana prezidentdən oğlunun həbsdən azad edilməsinə kömək etməsini xahiş edir. “Prezidentimdən xahiş edirəm ki, buraxsın mənim övladımı. Haqsız tutulub oğlum. İkincisi də prezidentimiz çıxış edəndə deyir ki, hər kəsin ixtiyarı var, hüququ var öz sözübnü deməyə, danışmağa. İndi mənim uşağım da sözünü deyib. Bunun üçün adamı tutmazlar axı. Bu boyda haqsızlıq olmaz axı. Mən anayam, məni kim saxlasın. Düşüm yolçuluq edim”.
O, müxtəlif instansiyalara müraciət etməkdən bezdiyini bildirib. “İki dəfə Mehriban xanımın qəbuluna getmişəm, qəbul olunmuşam. Mənə cavab vermirlər. İlham Əliyevin qəbuluna getmişəm buraxmayıblar. Amma ki, əfv ərizəsini vermişəm. Oradan da səs-soraq yoxdur. Demək olar ki, Azərbaycanda müraciət etmədiyim idarə qalmayıb. Məni heç kimin həndəvərinə buraxmırlar. Bilmirəm sözümü kimə deyim”, deyə o qeyd edib. -0-
-
- Cəmiyyət
- 6 Fevral 2015 17:12
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz