Məntəqə Seçki Komissiyasının üzvləri Azadlıq qəzeti və Meydan televiziyasını məhkəməyə veriblər
Bələdiyyə seçkiləri zamanı qanun pozuntusu aşkarlanan Yasamal rayon 12 saylı seçki məntəqəsinin sədri Əfrus Hacıyeva “Azadlıq” qəzetini və Meydan TV-ni məhkəməyə verib. Məhkəmə iddiası 12 saylı məntəqənin üzvləri adından hazırlanıb. Komissiya üzvləri redaksiyaları onarın şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirməkdə ittiham edir, buna görə 5 min manat mənəvi təzminat və təkzib tələb edirlər. Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb.
İddiaçılara görə, “Azadlıq” qəzetində və Meydan TV-də 12 saylı məntəqədə saxtakarlığın baş verdiyinə dair getmiş materiallar onların şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzlarına xələl gətirib.
Xatırladaq ki, 2014-cü il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı Cavid Abdullayev Yasamal rayonu 12 saylı seçki məntəqəsində seçicinin qutuya topa bülleten atdığını çəkib və məntəqə sədrinə baş verən halı dedikdə o, jurnalistin işinə müdaxilə edib və onu məntəqədən çıxarıb.
Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə baş vermiş qanun pozuntusunu əsas gətirərək, onun nəticələrini ləğv edib və məntəqə komissiyasını buraxıb. -03D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz