Asif Yusifli
Apellyasiya Məhkəməsi Asif Yusiflini həbsdə saxlayıb
Bakı/22.07.19/Turan: Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin Rəyasət Heyətinin üzvü Asif Yusiflinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib.
Məhkəmənin qərarı koloniya administrasiyası tərəfindən A.Yusifliyə verilmiş mənfi xasiyyətnaməyə əsaslanıb.
A.Yusifli qeyd edib ki, onun barəsində hökm 2018-ci ilin oktyabrında uydurma bəhanə ilə elan edilib.
Qarabağ müharibəsi əlili Asif Yusifli 2014-cü il noyabrın 25-də CM-in dələduzluq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanılıb.
2015-ci il iyulun 30-da məhkəmə onu təqsirli bilərək 7,5 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb.
2019-cu il mayın 29-da Suraxanı Rayon Məhkəməsi A.Yusiflinin cəzasının ¾ hissəsini çəkməsilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.-06d--
-
- İqtisadiyyat
- 22 İyul 2019 16:40
-
- Cəmiyyət
- 22 İyul 2019 17:05
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz